“Qafqazinfo”ya yerli İcra Hakimiyyətindən verilən məlumata görə, hadisə rayonun cəbhə bölgəsində yerləşən Qapanlı kəndində baş verib.
Ermənilərin açdığı atəş nəticəsində 31 yaşlı kənd sakini Quliyev Alqayıt Qasım oğlu güllə yarası alıb.
O, ayağından yaralanıb və xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, sakinlər həmin ərazidə bir neçə gün bundan əvvəl düşmən tərəfindən vurulan traktoru götürmək istəyərkən atəşə məruz qalıblar.
Yeri gəlmişkən, onda traktorçu qaçmaqla canını güclə xilas etmişdi.
Sözügedən texnika artıq bir neçə gündür ki, təhlükəli ərazidə qalıb.




