"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Partiya sədri: “Prezident vətəndaşların daha çox xeyrinə olan qərar qəbul etməyə hazırlaşır”

26 Fevral 2019 - 10:37
in SİYASƏT

“Prezident 2019-cu ili Nəsimi ili elan edəndə mən mətbuata açıqlamışdım ki,bu il ölkəmizin tarixində daha çox islahatlar ili kimi yadda qala bilər. Son qəbul olunan və qəbul olunacağı bəyan olunan qərarlar qənaətlərimdə haqlı olduğumu göstərir”. Bunu ONA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin bu gün sosial müavinətlərin artırılması barədə sərəncamını və problemli kreditlərin həlli ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğu barədə açıqlamasını şərh edərkən bildirib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Q. Həsənquliyev deyib ki, islahatlar istiqamətində atılan addımlar əhali tərəfindən rəğbətlə qarşılanır və müdafiə olunur: “Problemli kreditlər məsələsi xalqımızı ən çox narahat edən məsələlərdən biri idi. Seçkilər zamanı söyləmişdim ki, manatın devalvasiyasından sonra debitorlara (borcalanlara) dəyən zərər üç yerə bölünə bilər. Bir hissəsini hökumət, bir hissəsini banklar, digər hissəsini isə kredit götürənlər ödəyə bilər. Amma hiss olunan odur ki, Prezident vətəndaşların daha çox xeyrinə olan qərar qəbul etməyə hazırlaşır. Bu qərarla cəmiyyətdəki sosial narazılığın əhəmiyyətli hissəsi aradan qalxacaq”.

Millət vəkili deyib ki, Prezident 2010, 2012, 2015-ci illərdə Bakı ətrafındakı evlərin qeydiyyat məsələsinin həlli ilə bağlı göstəriş verib: “Ümid edirəm ki, bu məsələ də tezliklə həllini tapacaq. Ekspert hesablamalarına görə, 470 min belə ev var. Həmin evlərdə 4 nəfərdən götürsək, 2 milyona yaxın insan yaşayır. Görün, bu məsələ həll olunsa nə qədər ailə rahatlıq tapar. Onsuz da qeydə alınıb-alınmamasından asılı olmayaraq həmin evlər sökülərsə, dövlət o şəxslərə kompensasiya verir. Vətəndaşını çölə atmayacaq ki”.

Q. Həsənquliyev deyib ki, gələcəkdə vacib məsələlərdən biri də məhkəmə-hüquq sahəsində islahatlarının aparılmasıdır: “Prezident bu istiqamətdə də iki ay ərzində qərar layihələrinin hazırlanmasına dair tapşırıqlar verib”.

BAXCP sədri qeyd edib ki, paralel olaraq iqtisadi islahatlar da dərinləşdirilməlidir: “Xidmət sahələri, saysız-hesabsız rentabelli olmayan səhmdar cəmiyyətlər, səhiyyə müəssisələrinin böyük əksəriyyəti, bəzi ali məktəblər ,SOCAR, AZAL kimi qurumlar özəlləşdirilməlidir. Dövlət iqtisadiyyatı idarəetmə vərdişindən imtina etməli, onun rolu məhdud tənzimləyici xarakter almalıdır. Hüquq-mühafizə orqanları sahibkarlıq subyektlərində  yoxlamaları yalnız Vergilər Nazirliyi vasitəsilə aparmalı, sahibkarların incidilməsi praktikasına dərhal son qoyulmalıdır”.

Q. Həsənquliyev, həmçinin, təklif edib ki, sahibkarların aşağı faizli kreditlərə çıxışını təmin etmək üçün Neft Fondundan 3-4 milyard vəsait gətirilib yerli banklarda yerləşdirilməlidir: “Həmin pullar sahibkar dünyagörüşü ilə iqtisadiyyata yatırılmalıdır”. İndiyə qədər neft pulları büdcə vasitəsilə məmurlar tərəfindən xərclənib.

Millət vəkili vurğulayıb ki, iqtisadi islahatlar bəhrəsini verməyə başlayanda siyasi, konstitusion islahatlar da aparılmalıdır: “Xalqımızın xoşbəxt gələcəyi yuxarıdan islahatlar yolu ilə cəmiyyətimizi inkişafın yeni mərhələsinə keçirməkdir. Bunun üçün xalqımız  islahatlara başlamış Prezidenti ciddi dəstəkləməli, daxildən  və xaricdən edilən təzyiqlərdən qorumalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gəncə hadisələri ilə bağlı daha 8 nəfərin məhkəməsi başlayır

Next Post

Ermənistanın Dövlət Nəzarət Xidmətinin vəzifəli şəxsləri saxlanılıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ermənistanın Dövlət Nəzarət Xidmətinin vəzifəli şəxsləri saxlanılıb

Ermənistanın Dövlət Nəzarət Xidmətinin vəzifəli şəxsləri saxlanılıb

Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi

Əcnəbilərin Azərbaycanda təhsil almaq qaydaları dəyişdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.