"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Çindən Azərbaycana turist axını olacaq

01 Mart 2019 - 17:14
in CƏMİYYƏT

“Bu, turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Martın 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Memorandum sənədini Azərbaycan tərəfindən Agentliyin sədri Fuad Nağıyev, Çin tərəfindən isə ÇXR-in mədəniyyət və turizm nazirinin müavini Janq Syu imzalayıb.

Sənəd 27 fevral-1 mart tarixlərində Pekin şəhərində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın 7-ci iclası çərçivəsində imzalanıb. İmzalanma mərasimində “Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası”nın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev, xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycanın Çindəki fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı və Komissiyanın digər üzvləri iştirak edib.

Fuad Nağıyevin sözlərinə görə, sözügedən sənəd iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yeni mərhələsindən xəbər verir.

“Yeni müqaviləyə əsasən yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çata bilər. 2018-ci ildə bu istiqamətdə 50% artım müşahidə olunub. İndi isə biz Çindən Azərbaycana bir neçə dəfə çox turist gələcəyini deyə bilərik”, deyə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

“Çin ölkəmizə turistlərin cəlb edilməsi üçün əsas prioritet bazarlardan biri seçilib. Ümumilikdə, 12 hədəf istiqamət mövcuddur. Bura həm post- Sovet məkanı, həm Asiya, həm Avropa, həm Yaxın Şərq daxildir. Çin də daxil olmaqla artıq altı ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir. Yaxın gələcəkdə daha 4 ölkədə nümayəndəliyimiz açılacaq”, deyə Fuad Nağıyev qeyd edib.

Dövlət Turizm Agentliyinin sədri bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən formalaşmaqda olan turizm sənayesinin iştirakçıları Azərbaycana gələn turistlərin 2 dəfəyədək artmasını təmin etməlidirlər. Bununla yanaşı turistlərin məmnunluğu ən yüksək səviyyədə təmin olunmalıdır. “Biz – turizm sənayesinin təmsilçiləri, Prezidentin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısını daim hiss edirik. Qarşıya qoyulmuş tapşırıqların hamısı, sözsüz ki, icra olunacaq” – Dövlət Turizm Agentliyinin sədri deyib.

Azərbaycan Dövlət Turizm Agentliyi 2018-ci ilin aprelində yaradılıb. Sentyabr ayında yeni qurumun strukturu təsdiq olunub. Qısa müddət ərzində Dövlət Agentliyi və onun tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən ölkəyə turistlərin cəlb edilməsi üçün 2018-2023-cü illəri əhatə edən konsepsiya hazırlanıb. Noyabr ayında “Bir daha bax” (“Take another look”) şüarlı yeni brendin Londonda dünyamiqyaslı təqdimatı həyata keçirilib. 2020-ci ilin sonuna qədər ölkənin turizm potensialının tanıdılması məqsədilə beynəlxalq sərgilərdə iştirak, prioritet bazarlarda təqdimatların keçirilməsi də daxil olmaqla, geniş miqyaslı təbliğat işlərinin görülməsi nəzərdə tutulub. Bundan əlavə, biznes nümayəndələri ilə görüşlər təşkil olunur, KİV-lərdə və sosial şəbəkələrdə aktiv iş aparılır.

Ölkədə turistlərin məmnunluğunun artırılması üçün ixtisasyönümlü təhsil sahəsində islahatlar aparılır, biznes assosiasiyalarına dəstək verilir, kadrların hazırlıq səviyyəsi qaldırılır, normativ-hüquqi sahədə yeniliklərin tətbiqi ilə bağlı işlər görülür.

Planlara əsasən, yaxın 10 ildə turizm sənayesi ölkənin ÜMD-nin 10 faizədək hissəsini təşkil edəcək.

Ötən ilin nəticələrinə görə Azərbaycana 2 milyon 850 min nəfər xarici vətəndaş səfər edir. Onların ölkə iqtisadiyyatına ümumi töhfəsi 2 milyard dollara yaxın olub.(qafqazinfo.az)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ağsuda zəlzələdən zərər çəkən evlərlə bağlı 1400-dən artıq müraciət daxil olub

Next Post

DTX: Fəxrəddin Abbasov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
DTX: Fəxrəddin Abbasov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

DTX: Fəxrəddin Abbasov Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb

Umayra Tağıyeva: “Mart ayında yağıntılar ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər”

Umayra Tağıyeva: "Mart ayında yağıntılar ayrı-ayrı rayonlarda aylıq normanı aşa bilər"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.