"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azercell-in dəstəklədiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları davam edir

07 Mart 2019 - 17:19
in CƏMİYYƏT

Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə ötən ildən həyata keçirilən “I2B- İdeyadan Biznesə” layihəsi uğurla davam etdirilir. “Azercell Telekom” MMC-nin tərəfdaş qismində çıxış etdiyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının “İnkişaf Proqramı” və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırlan layihə çərçivəsində bu ilin ilk startap turu Mingəçevir şəhərinə təşkil olunub. Mingəçevir şəhəri ilə yanaşı, Gəncə şəhəri, Şəki, Tərtər, Şəmkir, Ucar, Balakən, Yevlax və  Ağdaş rayonlarından olan 100-dən çox gənc startap turuna qatılıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Tədbirdə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov çıxış edib. O, Azərbaycanda startap sahəsində dövlət və özəl təşkilatlar tərəfindən bir sıra layihələrin uğurla həyata keçirildiyini qeyd edib. Bu kimi tədbirlərin yeni İT layihələrinin üzə çıxarılmasına, innovativ ideyaların uğurlu biznesə çevrilməsinə yardım etməklə yanaşı, həm də gənc startapçıların mentorluq dəstəyi, ölkədaxili və xarici investorlarla görüş kimi imkanlarla təmin olunmasına şərait yaratdığını diqqətə çatdırıb.

Mingəçevirdə baş tutan tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninq keçirilib və iştirakçılardan ibarət 8 komanda formalaşdırılıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Hər çıxışdan sonra interaktiv sual-cavab və layihənin müzakirəsi baş tutub. Bu mərhələnin sonunda münsiflər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdiriblər. Beləliklə, 1-ci yerə “Self”,  2-ci yerə “Way friend”, 3-cü yerə isə “SCash” layihəsi layiq görülüb.

Mingəçevirdən sonra növbəti startap turu Sabirabad rayonunda təşkil olunub. Sabirabad rayonu, Heydər Əliyev Mərkəzində keçirilən tədbirə 150-dən çox gənc qatılıb. Müzakirələrdən sonra münsiflər region üzrə 1-ci yerə “OSHE01”,  2-ci yerə “AVP”, 3-cü yerə isə “2SI” layihəsini layiq görüblər. Qeyd edək ki, qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda qalib gələcək ilk üç yerin sahibləri mükafatlandırılacaq, həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil və 3 ümumtəhsil müəssisəsində “İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turları keçirilib. Bu il isə startap turları Sumqayıt, Gəncə, Göyçay, Naxçıvan, Bakı, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkini əhatə edəcək.

“Azercell Telecom” MMC və PAŞA Bankın dəstəyi ilə fəaliyyət göstərən, Azərbaycanın ilk biznes inkubatoru Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi 10 il ərzində bir çox layihələrin həyata keçirilməsinə öz töhfəsini vermiş, 20-yə yaxın startapın müstəqil şirkətə çevrilməsinə kömək olmuşdur.

 

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ETSN: İçməli sudan texniki məqsədlər üçün istifadəyə qadağa qoyulmalıdır

Next Post

Nazirlik: Aran bölgəsinin meşə fondu ərazilərində meşə yoxdur

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Nazirlik: Aran bölgəsinin meşə fondu ərazilərində meşə yoxdur

Nazirlik: Aran bölgəsinin meşə fondu ərazilərində meşə yoxdur

Azercell-in “Samsung S10” kampaniyasına qoşul, 6 ay Limitsiz İnternet paketi hədiyyə qazan

Azercell-in “Samsung S10” kampaniyasına qoşul, 6 ay Limitsiz İnternet paketi hədiyyə qazan

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.