İngiltərənin bir sıra bukmeker kontorları 2022-ci ildə keçirilməsi nəzərdə tutulan futbol üzrə dünya
çempionatını təşkil etmək hüququnun Qətərdən alınaraq Amerika Birləşmiş Ştatlarına veriləcəyini iddia edirlər.
çempionatını təşkil etmək hüququnun Qətərdən alınaraq Amerika Birləşmiş Ştatlarına veriləcəyini iddia edirlər.Musavat.com-un beynəlxalq mediaya istinadən verdiyi xəbərə görə, DÇ-2022-nin mənzil sahibinin dəyişdirilməsi ehtimalı, onun Qətərdə saxlanılması ehtimalından yüksəkdir. L’Equipe yazıb ki, bu, 2018 və 2022 mundialları üçün ev sahibi seçimlərinin araşdırılmasına görədir.
Araşdırmaların nəticəsinə dair hesabat hələ də dərc olunmayıb. Ona görə də Böyük Britaniya FİFA-nı məhkəməyə vermək niyyətindədir. L’Equipe yazır ki, bəzi məlumatlar Qətər tərəfinin seçimlərdə dələduzluq etdiklərinin sübut olunacağını və bu ölkənin DÇ-2022-ni təşkil etmək hüququndan məhrim edilcəyini göstərir.



