"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Alimlərdən Akif Əlizadənin sözçüsünə 12 suallıq cavab

16 Mart 2019 - 13:32
in MANŞET, MÖVQE

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

YATAQXANA SAKINLƏRININ AMEA SÖZÇÜSÜNƏ IKINCI CAVABI

11 mart 2019-cu il tarixində Azvision.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətinin rəhbəri Zülfüqar Fərzəliyev bildirib ki, alimlər üçün tikilən evlərin AMEA rəhbərliyi tərəfindən satılması barədə iddialar doğru deyil. “Vaxtaşırı bu cür yalan informasiyalar verilir. Orada olan mənzillərin heç biri satılmayıb. Növbədə olan alimlər ev alıb. Kimsə almayıb, inciyibsə, qalmaqal yaratmaq üçün yalan məlumatlar yayır. Heç bir mənzil satılmayıb”.

Cənab Z. Fərzəliyev, əlbəttə, sizlərə nəyi buyururlarsa, onu da yerinə yetirməlisiniz, nəyi necə deməyi tapşırırlarsa, o cür də deməyə məcbursunuz. Əks halda…

İndi sizdən xahiş edirik ki, bilmədiyiniz (bəlkə də bilirciniz, məcbur olub belə danışırsınız) işlər haqqında danışmayın, bu məsələdə yalanları danışan siz özünüz və sizin rəhbərlərinizdir. Biz sizə sübutları deyirik, bacarırsınızsa cavab verin. Cəsarətiniz çatırsa, Akif Əlizadəyə “böhtan atıldığını sübut etməyiniz üçün” lap televiziya verlişlərinin birində canlı bir debat təşkil edək, onda kimin yalan, kimin doğru danışdığını bütün Azərbaycan xalqı biləcək. İndi isə bacarırsınızsa, cavab verin.

  1. 2013-cü ildə bağlanan müqaviləyə və verilmiş layihəyə əsasən tikiləcək binaya kimlərin yerləşdirilməsi nəzərdə tutulmuşdu?
  2. Müqaviləyə əsasən yataqxana sakinlərinin məskunlaşması üçün tikinti şirkəti tərəfindən hansı bina, hansı bloklar nəzərdə tutulmuşdu?
  3. Yataqxana sakinlərinin yerləşdirilməsi üçün şirkətin öhdəliyi olaraq neçə kv.m. mənzil sahəsi verilməli idi və o rəqəm haradan alınmışdı?
  4. 2015-ci ildə AMEA ilə tikinti şirkəti arasında bağlanan saxta protokol hansı məqsədlə bağlanmışdı və nəyə görə orada göstərilən rəqəmlərlə əsaslandıqları müqavilədə göstərilmiş rəqəmlər arasında çoxlu ziddiyyətlər var?
  5. Hal-hazırda yataqxana sakinlərinin bir hissəsinə müqavilədə və layihədə nəzərdə tutulan binadan mənzillər verilib, yoxsa başqa binadan?
  6. 07 oktyabr 2013-cü ildə AMEA prezidenti Akif əlizadənin, AMEA mənzil komissiyasının sədri, AMEA-nın vitseprezidenti İbrahim Quluyevin və AMEA İşlər İdarəsinin müdiri və AMEA mənzil komissiyasının əsas üzvü Fətəli Abdullayevin eyni gündə eyni blokdan aldıqları mənzillər (bizim bildiyimiz, ümumilikdə sayı 6 və ümumi dəyəri 620 min manatdan çox olan mənzillər) hansı əsasla və ya hansı vəsaitlə nəğd alınmışdı? (Mətbuatda bunlar haqqında məlumatlar verilib, oxumamısınzsa, müqavilə sənədləri ilə birlikdə sizə təqdim edə bilərik).
  7. AMEA-nın vitse prezidenti İbrahim Quluyevin və AMEA İşlər İdarəsinin müdiri və AMEA mənzil komissiyasının əsas üzvü Fətəli Abdullayevin əvəllər (2017-ci ilin yayında) boyunlarına almadıqları, yataqxana sakinlərinin məskunlaşdırılması üçün tikilmiş 1-ci və 2-ci bloklardan guya xəbərlərinin olmadığı, şirkətin guya təkbaşına mənimsədiyi binadakı mənzillər kimlərə və hansı əsaslarla satılıb? 23 yanvar 2019-cu il tarixində “Qaynar info” saytında çıxan cədvəldə həmin binadan AMEA-nın mənimsədiyi 73 mənzil kimlərə satılıb? Bəs and içirdilər ki, xəbərləri yoxdur?
  8. Necə oldu ki, əllərində bütün sənədlər, layihələr ola-ola şirkətin AMEA-ya verəcəyi mənzilləri mənimsəməsindən, guya onları aldadaraq başqa binadan, özü də müqavilədə nəzərdə tutulan 16 mərtəbəli bütöv binanı yox, onun 9 mərtəbəsini verməsindən AMEA rəhbərinin və “düzgün işləyən” mənzil komissiyasını “xəbərləri olmayıb”? Bu necə məsuliyyətsizlikdir? Bəs onda komissiya niyə bu qədər “savadsız” olub ki, bütün sənədlər əllərində ola-ola şirkət onları “aldadıb”? Yəni Akif müəllim, İbrahim müəllim, Fətəli müəllim, Sərdar müəllim bu qədər “sadəlövhdürlər”?
  9. Hansı əsaslarla və mənzil məcəlləsinin hansı saylı məcəlləsinə görə əvvəlki bölgüdə mənzil almış, lakin sonradan aldadaraq əllərindən mənzillərini aldığınız 0,5 ştatla AMEA-da işləyən yataqxana sakinlərinə yaşamaq üçün nəzərdə tutulmayan mansardlarda mənzil vermisiniz?
  10. Hansı əsaslarla əvvəlki bölgüdə mənzil almış, lakin sonradan aldadaraq əllərindən mənzillərini aldığınız tam ştatla AMEA-da işləyən yataqxana sakinlərinə Masazırdan, Xırdalandan və Buzovnadan mənzil vermisiniz (əlbəttə, Şərifzadədəki mənzillər Xırdalandakı mənzillərdən xeyli bahadır)?
  11. Son günlər Masazır və Xirdalandan verilən mönzillərdən imtina edən 3 sakinə hansı əsasla Buzovna qəsəbəsindən mənzil təklif edirsiniz.
  12. Necə ola bilər ki, şəhərdən kənar qəsəbələrdə evləri olan AMEA əkdaşlarına yolun uzaqlığını bəhanə gətirib yataqxanaya yerləşdirirsiniz, illərlə yataqxanada yaşayan əməkdaşlarınızı kənar qəsəbələrdə yerləşdirirsiniz? Bununla kimə cəza, kim mukafat verirsiniz,???

 

Cənab Zülfüqar müəllim, bu sualları cavablandırarkən çalışın doğru danışasınız, Sərdar Əliyev kimi müqavilədə olan cümlələrdəki sözlərin yarısını gizlədib, öz xeyrinizə olanları yazmayın. Əks halda sizin başqalarına dediyiniz “yalançı” ifadəsi özünüzə aid olacaq. Ən azı uşaqlarınız və ətrafınızdakılar yalan danışdığınızı  biləcəklər.

Cavabınızı gözləyirik və sizə açıq televiziya debatına çağırırıq. Cəsarətiniz çatırsa, gəlin.

 

Hörmətlə: yalançıları və yalanları ifşa edən yataqxana sakinləri.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mariya Zaxarova: “XİN başçılarının görüşünə ev sahibliyi etməyə hazırıq”

Next Post

Maduro Venesuela hökumətini istefa verməyə çağırıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Next Post
Maduro Venesuela hökumətini istefa verməyə çağırıb

Maduro Venesuela hökumətini istefa verməyə çağırıb

Ermənistan atəşkəs rejimini 24 dəfə pozdu

Ermənistan atəşkəs rejimini 24 dəfə pozdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.