“Özbəkistan İslam hərəkatı”nın (ÖİH) başçısı Usman Qozi bu terror təşkilatının İŞİD döyüşçülərinə
qoşulacağını bəyan edib.
RİA Novosti bildirir ki, bu barədə Özbəkistan hüquq-mühafizə orqanları məlumat verib.
“Bizim əlimizdə ÖİH-nin İŞİD qruplaşmalarının keçirdiyi əməliyyatlarda iştırakına dair operativ video və audio informasiyalar var”, – deyə mənbədən bildiriblər.
ÖİH-nin hazırda Pakistan və Əfqanıstanın sərhədyanı rayonlarında döyüş məşqləri və təlimlərini aktivləşdirdiyi bildirilir. Bununla əlaqədar Özbəkistan xüsusi xidmət orqanları anti-terror tədbirlərini gücləndirib. “Biz qabaqlayıcı tədbirlər görməliyik”, – deyə Özbəkistan xüsusi xidmət orqanının nümayəndəsi bildirib.
Xatırladaq ki, sentyabrın sonlarında Suriyada beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində Özbəkistanın İŞİD tərəfdə döyüşən 17 vətəndaşı həlak olub.



