Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Armud Padar kəndi ərazisinin meşə zolağında Köhnə asvalt zavod adlanan əraziyə baxış keçirən zaman həmin sahədə 110 kq sümüklü, 36 kq sümükdən ayrılmış mənşəyi məlum olmayan heyvan cəmdəyi, at başı, ayaqları və digər hissələri aşkar olunub.
Bu barədə Elchi.az-a agentlikdən məlumat verilib.
İlkin araşdırma zamanı aşkar olunan ətin orqonoleptik göstəricilərinə əsasən istifadəyə yararsız olduğu müəyyən edilib. Aşkar olunan məlum olmayan ət insan istehlakı üçün yararsız və insan sağlamlığı üçün təhlükəli olduğundan agentlik əməkdaşları tərəfindən utilizasiya olunub.
AQTA vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduğu təqdirdə agentliyin 1003 nömrəli “Çağırı Mərkəzi”nə məlumat verməyi xahiş edir.


Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




