Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. APA-nın “president.az” saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı Rusiya prezidentini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
V. Putin göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələr arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.




