"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fətullah Gülənin KTN-dəki adamı Beyləqanı qarışdırır… – İşin içində radikal müxalifətin də adı hallanır

19 Aprel 2019 - 09:37
in aktual-banner, Banner, Cebhe-banner, CƏMİYYƏT

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Aqrar sektorun dinamik inkişafı, ərzaq təhlükəsizliyinin təminatı dövlətin prioritet kimi qarşıya qoyduğu vəzifələrdəndir. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olmuşdur. Bu sahədə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün ölkədə peşəkarlara, sahənin bilicilərinə böyük ehtiyac var. Ələlxüsus da rəhbər vəzifələrə kadr seçimində diqqətli olmaq lazımdır. Kadr məsələsini yerlibazlığa, qohumbazlığa, korruptiv əlaqələrə qurban vermək olmaz. Strateji əhəmiyyəti olan vəzifələrə siyasi orientasiyası şübhəli olan şəxslərin gətirilməsi isə dövlətçiliyin əsaslarına zərbə vurmaq deməkdir.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə yenicə direktor vəzifəsinə təyin olunmuş Hikmət Ağayevin AXCP –nın lideri Əli Kərimlinin yaxın qohumu olduğu bildirilir. Etibarlı mənbədən RealMedia.az-a verilən məlumata görə, o, əvvəllər maşın alveri ilə məşğul olub. Bildirilir ki, MMC-nin rəhbəri Anar Hüseynovun Hikmət Ağayevə maşın borcu olur və borcun müqabilində ona vəzifə peşkəş edir, sonda vəzifəylə əvəzlənir. Yəni, Anar Hüseynov Hikmət Ağayevi Beyləqanda əvvələr “Dostluq” Damazlıq Birliyi Sovxozu kimi tanınan, bu günkü KTN “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsinə direktor təyin edir.

Elchi.az Dia.az-a istinadla xatırladır ki, Anar Hüseynov da “süddən çıxan ağ qaşıq” deyil və adı bu günə qədər müxtəlif qalmaqallarda hallanan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC sədri postunu tutan Anar Hüseynov dünənə qədər məhz Azərbaycanda FETÖ yandaşlarından biri kimi tanınıb. Qeyd edək ki, bununla bağlı yerli KİV-də yetərincə məlumat yayılıb.

İdarəçilik anlayışının nə olduğunu bilməyən, dənli və paxlalı bitkiləri bir-birindən ayırd etməyi bacarmayan biri kimi xarakterizə olunan, üstəgəl, siyasi orientasiyası şübhəli olan bir avtomobil alverçisinin hazırda böyük ümidlər bəslənilən, perspektiv gözlənilən aqrar sektorda belə bir mühüm vəzifəyə gətirilməsi əmrinin verildiyi elə ilk andan birmənalı qarşılanmamışdı. Tezliklə bu şübhələr özünü doğrultdu – Anar Hüseynovun sevimlisi olan Hikmət Ağayevdə direktor vəzifəsinin icrasına başladığı elə ilk gündən torpaq alverinə start verdi.

Sakinlərin narazılığına səbəb isə uzun illər istifadələrində olan torpaqların əllərindən alınaraq kənar şəxslərə hektarı 300 manatdan satılması zəhmətkeş kənd camaatının ciddi etirazına səbəb olmuşdur. Narazı sakinlər bildirirlər ki, Hikmət Ağayev və keçmiş Dostluq Damazlıq Birliyi Sovxozunun iqtisadçısı Oruc Ağayev başqa-başqa şəxslərdən pul alaraq torpaqları onların istifadəsinə veriblər. Məlumatlar sırasında o da yer alır ki, hərəsinin qiyməti 50 manat olan 165 baş ölüvay, qoca sovxoz qoyunlarını özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlər adı ilə bir başını 250 manata rəsmiləşdirərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinə satmış, əhaliyə sırımışlar. Aydındır ki, dövlətin məqsədi vətəndaşı özünü maddi baxımdan təmin edəcək ailə təsərrüfatına sahib etməkdir. Layihə bu şəkildə icra ediləcəksə, özünüməşğulluq proqramının məqsədinə çatması real olmayacaq.

Sovxoz dönəmindən dolanışıqlarını torpağı əkib-becərməklə təmin edən, kənd təsərrüfatı məhsulları bazarında bolluğun yaranmasına töhfə verən sakinlər bu qənaətdədirlər ki, Hikmət Ağayev siyasi sifariş yerinə yetirərək bilərəkdən belə bir narazılıqlar yaradır. Məqsədi əhali arasında dövlətə qarşı kütləvi narazılıqdan dolayı ixtişaş yaratmaqdır. Sakinlər bildirirlər ki, onlar Hikmət Ağaevin məqsədinin reallaşmasına imkan verməyəcəklər ki, dövlətimiz sarsılsın.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakının Baş planı nə vaxt hazır olacaq?

Next Post

Azərbaycan Qətərə sənaye məhsulları ixrac edəcək

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Azərbaycan Qətərə sənaye məhsulları ixrac edəcək

Azərbaycan Qətərə sənaye məhsulları ixrac edəcək

BDU-nun nizamnamə fondu 50 milyon manat müəyyən edilib

BDU-nun nizamnamə fondu 50 milyon manat müəyyən edilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.