"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yük göndərmə qaydaları dəyişdirilir – Milli Məclis təsdiqlədi

23 Aprel 2019 - 18:00
in CƏMİYYƏT

Azərbaycanda yük göndərənin və ekspeditorun məsuliyyəti gücləndirilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Məcəllənin 851-ci maddəsinə (Yük göndərən və yük alan) “Daşıyıcı” anlayışı əlavə olunur: “Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir”.
Yeni 853.1-1-ci maddədə bildirilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün aidiyyəti sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.
Dəyişikliyə əsasən, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. Ekspeditora qarşı iddia qaldırmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. Ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Qanun layihəsi yük daşınması müqaviləsinin, o cümlədən yük göndərən anlayışının dəqiqləşdirilməsi, daşıyıcı və yük alan anlayışlarının müəyyən olunması, habelə yük göndərənin və ekspeditorun (daşıyıcılar vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs) məsuliyyətinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Müasir dövrdə daşımalarda ekspeditorların rolu artır. Belə bir şəraitdə ekspeditora qarşı yaranan tələblərin icra mexanizminin olması, o cümlədən məhkəmədən öncə pretenziya irəli sürülməsi imkanının nəzərdə tutulması ekspeditorun məsuliyyətini artırmaqla, mübahisələrin daha çevik həllinə imkan yaradır. Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Coğrafiya institu: Son 30 ildə Azərbaycanda belə hava müşahidə edilməyib

Next Post

“XALİDƏ BAYRAMOVA UŞAĞIN ANASINA DAĞ ÇƏKMƏK İSTƏYİB…” – Deputatdan sərt ittihamlar

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“XALİDƏ BAYRAMOVA UŞAĞIN ANASINA DAĞ ÇƏKMƏK İSTƏYİB…” – Deputatdan sərt ittihamlar

“XALİDƏ BAYRAMOVA UŞAĞIN ANASINA DAĞ ÇƏKMƏK İSTƏYİB…” – Deputatdan sərt ittihamlar

Dövlət Baytarlıq Xidməti: Bu il 207 850 itə peyvənd vurulub

Dövlət Baytarlıq Xidməti: Bu il 207 850 itə peyvənd vurulub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.