"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Akif Əlizadədən Prezidentə şikayət

24 Aprel 2019 - 10:52
in CƏMİYYƏT, MARAQLI, MÖVQE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bakı şəhər Yasamal Rayonu A.M.Şərifzadə 12 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında daimi qeydiyyatda olmaqla yaşayan bir qrup sakinlər tərəfindən

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Sabah Bakıya yağış yağacaq

ŞİKAYƏT Ə R İ Z ƏSİ

Hörmətli cənab İlham Əliyev!

Bildirmək istəyirik ki, iki ildir səsimizi sizə çatdırmağa çalışsaq da  heç bir nəticə əldə etməmişik. Artıq bizim sosial problemimiz öz formasını dəyişərək AMEA   və  “Evro stroy-S” MMC ilə mübarizə aparmaq  xarakteri alıb. Bu gün KIV-lərdə də gündəmdən düşməyən, adı hər bir qalmaqlda hallanan, həttda terrorist adlandırılan “Evro stroy-S” MMC   şirkətinin rəhbəri  Seymur İsayevlə  AMEA rəhbərliyi və əlaltılarını  sadalanan amillərdən  hansı birləşdirir?  Onları  hansı bacarıqları müştərək  işdə birləşdirib. Biz isə” bacarıqları” ilə gündəmdə qırmızı-qara iz buraxan bu özbaşına məmurların əlində oyuncağa çevrilmişik. Sərdar Əliyev və onun havadarları Sizə ünvanladığımız məktublardan da səs çıxmayanda  bizi ələ salaraq onsuz da boş işlərlə məşğul olduğumuzu və  məktublarımızın sizə çatmayacağını qeyd edərək  görəsən kimə güvənirlər. Bu gün bizə qarşı qəti  tədbirlər planı hazırlayan AMEA rəhbərliyinin düşüncəsi  belə yanlışdır. Dünən AMEA əməkdaşı olmuş, bu gün  AMEA – da işləməyən  sakinlərə qarşı edilən  bu  təzyiq və təhdid dolu addımları qurtarmır.  Belə  görünür ki, kənardan gələn, Aspirantlar yataqxanası ilə heç bir əlaqəsi olmayan 17  AMEA əməkdaşı  da  ev aldıqdan sonra AMEA-dan işdən çıxarılarsa  onda  onlara  da verilən evlər  əllərindən alınacaq? AMEA rəhbərliyi və Mənzil Komissiyası dəfələrlə insanların heysiyyatı ilə oynayaraq ,,Siz sevinin ki, AMEA  icazə verir ki, indiyə qədər burda yaşamısınız, indi buranı terk etməlisiniz. Siz AMEA əməkdaşı deyilsiniz cümləsini təkrar-təkrar səsləndirməkdən yorulmurlar. İnsanları zəlil edib yarı yolda qoyan “ elmlə” məşğul olan  AMEA-nın məşhur biznesmenlərinin  əlindəki bayraq, ancaq və ancaq  Dövlət Başçısının verdiyi sərəncama qarşı çıxmaq və yerinə yetirməməkdir. Bu fikir AMEA rəhbərliyinin sakinlərə ev verməmə səbəbidir. Burada  aydın olmayan məqamlardan biri də odur ki, niyə AMEA qanunlarla deyil, ara məlumatları ilə “Qaloşların” topladıqları xəbərlərlə qərar qəbul edirlər.  AMEA-da bir Mənzil bölgü komissiyası yaradılıb bu komissiyanın işi ancaq bu cur ara məlumatlarına əsasən aparılır.Bu Mənzil komisiyasının üzvlər özlərini artıq məhkəmənin hakimi də elan ediblər. Yığışıb müzakirə edib 2017-ci il 13 may tarixində aparılan  püşkatmadakı  kimi  sakinlərin” nəbzini” yoxlamaqla qərar çıxarırlar.Bütün əmlak toxunulmazlığı hüquqlarını  pozaraq kiminin qapısını sındırırlar, kiminə də  həttda bugunə- bugun öz əməkdaşları olan sakinlərə də hədə- qorxu gələrək sənə ev verilməyək deye racon kəsirlər.

Cənab Prezident! A.M. Şərifzadə ünvanında  yerləşən Aspirantlar yataqxanası, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən bizə verilən məlumatda bu yataqxananın  hələ 2012-ci ildə sökülməsi haqqında  qərar verildiyi bildirilmişdir. Belə olan halda AMEA rəhbərliyi  üçün korrupsiya  mənbəyi olan  yataqxananın daha heç vaxt sökülməyəcəyini, yataqxana statusunun saxlanılacağını necə  iddia edə bilir? AMEA rəhbəri  Akif Əlizadə və əlaltıları,  nəyə görə yataqxana üçün  təsdiq olunan bütün qanunları  pozur və onlar bu gücü haradan alırlar? Bu   yataqxana əvvəlki statusunda qalıbsa, onda nə üçün 2002-ci ildən (sakinlərə daimi order verildiyi vaxtdan) indiyədək (yəni 2019-cu ilin aprel ayınadək, 17 il ərzində) nə yataqxananın dəhlizləri, nə də otaqları bir dəfə də olsun təmir edilməyib (dəhlizlərdən birinin fotoşəklini əlavə edirik), otaqlara bir dənə də olsun mebel, lazımi avadanlıqlar verilməyib (yataqxanalar üçün qanunun 93-cü maddəsinin 3-cü bəndi)? Sakinlər otaqları öz vəsaitləri hesabına təmir ediblər. Onda AMEA rəhbərliyi və İşlər İdarəsi bu illər ərzində təmir üçün, otaqların mebel və lazımi avadanlıqlarla təchiz edilməsi üçün ayrılmış vəsaitləri neyləyiblər? İndinin özündə də bu binaya yerləşdirilən magistirlərə verilən otaqlar bərbad  vəziyyətdədir. Onların təmiri üçün ayrılmış vəsait hardadır  ki, otaqları bu binəva magistirlərin özləri təmir edirlər? Bu   qanunsuzluqlar  hansı qanuna əsasən yerinə yetirilir? Otaqlarda yaşamaq üçün ayrılan vəsait, mebellər hara yox olub ki, AMEA rəhbərliyi   institut direktorlarından  və bəzi əməkdaşlarından köhnə-kürüş mebellər, avadanlıqlar dilənərək o otaqlara qoydurur?  Guya Magistirlərə qayğı göstərilir. Magistirlərdən hər ay alınan kirayə pullarının haraya getdiyi də məlum deyil. Bu bina yataqxana statusunda qalıbsa, nə üçün 2010- cu il-dən elektrik enerjisi sərfiyyatı haqqını   (binada qaz olmadığından qaz əvəzinə də elektrikdən istifadə edilir) sakinlər ödəyir?  Əgər Yataqxana statusu qalırsa  niyə işığın serfiyyatına ayrılmış vəsaiti AMEA ödəmir? Axı yataqxanalar haqqında qanuna görə bu vəsaiti AMEA ödəməlidir. Yoxsa  həmin pulları da mənimsənilir?

Qeyd etdiymiz mənimsəmə faktları, AMEA rəhbərliyi və Mənzil komissiyasının yol verdiyi  qanun pozuntuları haqqında dəfələrlə aidiyyatı orqanları, Azərbaycan Respublikası Baş Prokrorluq yanında Korrupsiya idarəsini, Korrupsiyaya qarşı Mübarizə Komisiyasını məlumatlandırsaq da, heç bir nəticə yoxdur.  Bu barədə 28 mart 2019-cu il tarixdə  Yasamal rayon Prokurorluğuna da   ərizə ilə müraciət etmişik.  Həmin ərizənin bir surətini də Sizə   ünvanlamışıq. Bir aydan çox vaxt keçməsinə baxmayaraq, bizim şikayətimizə heç bir reaksiya yoxdur.  Bütün bunlardan belə nəticəyə gəlirik ki, AMEA rəhbərliyi öz  qanunsuz  işlərini Azərbaycan Respublikasının qanunları ilə deyil özünün qəbul etdiyi yazılmamış qanunları ilə həyata keçirir.  Bu qanun pozuntusu nəticəsində uzun illər AMEA əməkdaşı olmuş və ya  hal hazırda AMEA-nın əməkdaşı olan 50-dən çox yataqxana sakinlərinin mənzil almaq hüququ pozulmuşdur. Akif Əlizadə və əlaltıları bir ömür yataqxanada yaşamış insanların bütün arzularını gözündə qoyaraq bizə ayrılan mənzilləri bu yolla mənimsəmişdilər. Buna isə hər yerdə göz yumulur.

Möhtərəm Prezident! Sizin bu məsələ ilə bağlı həssalıq göstərməyinizi,  bu korrupsiya pozuntusu ilə əlaqədar olaraq aidiyyatı orqanlara göstəriş verərək  bizim mənzil almaq hüququmuzu müdafiə edib, Yasamal rayon A.M Şərifzadə 12 ünvanında yerləşən, Aspirantlar Yataqxanası sakinləri üçün tikilmiş I və II bloklardan mənzillə təmin olunmağımız barədə göstəriş verməyinizi xahiş edirik.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıdan Sabirabada işləmək adı ilə gedən 29 yaşlı şəxs itkin düşdü

Next Post

Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə – QAYDALAR DƏYİŞDİ

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Next Post
Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə – QAYDALAR DƏYİŞDİ

Azərbaycana maşın gətirmək istəyənlərin nəzərinə - QAYDALAR DƏYİŞDİ

Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib – FOTO

Prezident İlham Əliyev Çinə işgüzar səfərə gedib – FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.