"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Eldar Mahmudovun oğlunun inanılmaz ƏMƏLLƏRİ ÜZƏ ÇIXDI: milyonlar və… – ŞOK FAKTLAR

26 Aprel 2019 - 16:07
in CƏMİYYƏT, MANŞET

“AGBank” Açıq Səhmdar Cəmiyyəti Müşahidə Şurasının üzvü olmuş Mixail Framsev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə ifadə verib.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Teleqraf.com-un əldə etdiyi məlumata görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, həmçinin sabiq nazirin köməkçi olmuş Vüqar Mahmudov bir çox pul əməliyyatlarını bu bank vasitəsi ilə həyata keçirib.

Mixail Framsev bildirib ki, Vüqar Mahmudovu təxminən 2011-2012-ci illərdən tanıyır, o, bankın müştərisi olub: “Təxminən 2005-2006-cı illərdə Litva Respublikasında fəaliyyət göstərən “ABLV” bankın əməkdaşları ilə münasibətlərim yaranıb. 2006-cı ildə həmin bank Azərbaycanda nümayəndəlik açdı. Baltikyanı ölkələrdə fəaliyyət göstərən banklar əsasən offşor ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün hesablar açmaqla xidmət göstərirlər.

Azərbaycanda da müəyyən iş adamları həmin offşor müəssisələr açmaqla biznes fəaliyyətlərini həyata keçiriblər”.

Mixail Framsev qeyd edib ki, bank işçisi kimi 2010-2012-ci illərdə özünə bir neçə offşor müəssisəsi açıb: “Bu offşor müəssisələri xarici ölkələrdə biznes fəaliyyəti qurmaq üçün almışam. İnternet vasitəsi ilə offşor müəssisələrin açılması və qeydiyyata alınması çox sadədir. “ABLV” bankın offşor müəssisələrin qeydiyyata alınması üçün hüquqi firması var və bütün işlərlə həmin firma məşğul olur”.

Bank işçisinin sözlərinə görə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov və onun faktiki rəhbərlik etdiyi “Kaspian Kristal” MMC-də “AGBank”ın müştərilərindən olub: “Anar Mahmudov və “Kaspian Kristal” MMC-nin direktoru Fuad Hacıyevlə də münasibətlərim var. Onlar mənim bank işçisi kimi geniş əlaqələrə malik olduğumu bilib və bir neçə dəfə xarici ölkələrə pul köçürmək üçün mənə müraciət ediblər.

Onlar xahiş etdilər ki, nağd qaydada pulu onlardan Azərbaycanda qəbul edib, özümün xarici ölkələrdəki bank hesablarımdan onlara verilməsini təmin edim.

Münasibətlərim yaxşı olduğundan və onlara etibar etdiyim üçün təklifləri ilə razılaşdım. Bu məqsədlə sabiq milli təhlükəsizlik nazirinin köməkçisi Vüqar Mahmudov bir neçə dəfə mənə zəng edərək müxtəlif məbləğlərdə pul vəsaitlərinin gətiriləcəyini və bu pul vəsaitlərinin hansısa Avropa ölkəsində yerləşən müəssisənin hesabına köçürülməsini xahiş etdi.

Vüqarla danışandan sonra Fuad Hacıyev mənimlə əlaqə saxladı, göndəriləcək pul vəsaitinin məbləğini, hansı hesaba köçürülməli olduğunu bildirdi.

Daha sonra xatirlamadğım bir şəxs pul vəsaitini mənə xidməti otağımda çatdırdı.

Pul vəsaiti deyilən hesaba köçrürüləndən sonra Fuad Hacıyevə məlumat verdim. Fuadın bu barədə Vüqar Mahmudova məlumat verib-vermədiyini bilmirəm. Bu pul köçürmə hadisəsi bir neçə dəfə təkrarlanıb. Bu barədə mənə Vüqar Mahmudovdan başqa Fuad Hacıyev və Anar Mahmudov da müraciət edib.

Bu pulların mənbəyi barədə məlumatım yoxdur. Onların dedikləri hesablara pulları özümün offşor müəssisələrimin “ABVL” bankında olan hesabımdan ödəmişəm. Ümumi şəkildə deyə bilərəm ki, Vüqar Mahmudovun bildirməsi ilə mənə Fuad Hacıyev tərəfindən 10 milyon manat pul vəsaiti göndərilib. Ümumilikdə isə Fuad Hacıyev tərəfindən mənə 25 milyon manata yaxın pul vəsaiti göndərilib”.

Bank işçisi deyib ki, 2012-2013-cü illərdə Vüqar Mahmudovun xahişi ilə onun üçün iki offşor müəssisəsi açıb. Qeyd edib ki, həmin müəssisələr vasitəsi ilə xaricə köçürülən pulların sonrakı istifadəsindən məlumatı olmayıb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkiyədən Makrona sərt mesaj: “Bunun qarşılığı olacaq”

Next Post

Ukraynanın yəhudi prezidenti ilə bağlı ƏN MARAQLI FAKTLAR: gizli eşq və 8 il boyunca…

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Ukraynanın yəhudi prezidenti ilə bağlı ƏN MARAQLI FAKTLAR: gizli eşq və 8 il boyunca…

Ukraynanın yəhudi prezidenti ilə bağlı ƏN MARAQLI FAKTLAR: gizli eşq və 8 il boyunca...

Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub

Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.