"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyədə qarışdı:15 ölü, onlarla yaralı

08 Oktyabr 2014 - 09:57
in GÜNDƏM
Türkiyənin bir neçə şəhərlərində baş vermiş iğtişaşlar zamanı 15 nəfər ölüb.b7e572560a05a17282f3bc52b4858a60

 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

APA-nın “HaberTürk”ə istinadən verdiyi xəbərə görə, ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbakır, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib. Məhz bu bölgələrdə etirazlar və iğtişaşlar daha geniş vüsət alıb. Etirazçılar mağazalara və bələdiyyə əmlakına ciddi zərər vurur, polis əməkdaşlarını daş-qalaq edir. Etirazçılar həmçinin yandırıcı maye ilə doldurulmuş şüşə qablarından istifadə edərək  bina və obyektlərə, avtomobillərə od vurur.

 

Etiraz aksiyalarında, əsasən, yerli kürdlər, kürdyönümlü partiyaların və PKK-nın tərəfdarları iştirak edirlər. Suriyanın Kobani şəhəri ətrafında yaranmış vəziyyətin iğtişaşlara əsas səbəb olduğu bildirilir.  Qeyd edək ki, bu şəhərdə “İŞİD” qüvvələri və kürd özünümüdafiə dəstələri arasında hazırda şiddətli döyüşlər davam etməkdədir və etirazçılar rəsmi Ankaranın münaqişəyə müdaxilə etməmək və gözləmə siyasətinə üstünlük verməsinə qarşı çıxış edirlər.

 

Toqquşmaların  etirazçılar və polis qüvvələri, həmçinin müxtəlif kürd təşkilatlarının tərəfdarları arasında da baş verdiyi qeyd olunur. İğtişaşlar zamanı ölənlərin hamısı izdihamın arasında olan silahlı şəxslər tərəfindən güllələnib, yaxud da toqquşmalar zamanı bıçaq və digər xəsarətlər səbəbindən ölüblər. Onlarla insanın xəstəxanalarda ağır vəziyyətdə olduğu bildirilir.

 

DİN-in bəyanatında Kobani ilə bağlı şayiələr yayaraq əhalini iğtişaşlara təhrik edən təxribatçılara qarşı sərt tədbirlər görüləcəyini qeyd edib. İstanbul və Ankara da daxil olmaqla, bir neçə əyalətdə asayiş keşikçilərinə Qurban bayramı ilə əlaqədar verilmiş 5 günlük istirahət və məzuniyyətlər ləğv olunub.

 

Polis etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnağı, bəzi hallarda isə rezin güllələrdən istifadə edir.

 

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin Suriyaya və İraqa müdaxilə etməmək siyasətini kəskin tənqid edib.

Ötən gün  Qaziantep şəhəri yaxınlığındakı “İslahiyyə” düşərgəsində Suriya qaçqınları qarşısında çıxışı zamanı Ərdoğan qeyd edib ki, quru əməliyyat olmadan endirilən hava zərbələri “İŞİD” qüvvələrinin irəliləməsinin qarşısını ala bilməyəcək.
“Tək hava zərbələri ilə terroru aradan qaldırmaq mümkün deyil. Quru əməliyyatın aparılması üçün əməkdaşlıq gərəkdir”.
Ərdoğanın sözlərinə görə, Suriyadakı böhranın aradan qaldırılması üçün uçuşsuz zona və təhlükəsizlik-bufer zonaları elan etmək lazımdır, həmçinin, qeyri-radikal müxalifət qüvvələrinin dəstəklənməsi gərəkdir.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İran Milli Tanker Şirkətinə qarşı sanksiyalar ləğv edilib

Next Post

“Muğam qanadlarında”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Muğam qanadlarında”

“Ded Hasan”ın varisi tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.