"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənilər Dilqəmdən başqa digər girovları buraxa bilər – SƏBƏB

03 May 2019 - 13:47
in SİYASƏT

Ekspertlər hesab edir ki, Moskva israr edərsə, bu dəfə əsir və girovların azad olunması məsələsində vəziyyət dəyişə bilər…
Əsir və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi məsələsi yenidən gündəmə gəlir. Xəbər verildiyi kimi, bu dəfə məsələ Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən səsləndirilib. Xatırladaq ki, rəsmi Bakı bir neçə dəfə Ermənistanı əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Ən son olaraq ötən ilin noyabrında Azərbaycan belə bir təklif irəli sürmüşdü.
Ekspertlər hesab edir ki, Moskva israr edərsə, bu dəfə əsir və girovların azad olunması məsələsində vəziyyət dəyişə bilər. Ola bilsin, Paşinyan da Moskvadan elə bu xahişi gözləyir ki, həm Kremlə xoş gəlib öz yerini yaxşı eləsin, həm də daxili auditoriya qarşısında öz sifətini saxlasın və siyasi opponentləri sakitləşdirərək bəyan eləsin ki, “ortada Kremlin iradəsi var, Moskva israra elədi, biz də razı olduq”. Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bu ilin martında Vyanada keçirilən ilk rəsmi görüşündə də humanitar məsələlər, o cümlədən əsr və girovların dəyişdirilməsi diqqət mərkəzində olub.
Bəs Kreml səmimi şəkildə istəsə, Lavrovun dediyi kimi, Bakının zaman-zaman irəli sürdüyü, əsir və girovların “hamını hamıya” prinsipi üzrə dəyişdirilməsi reallaşa bilərmi?

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Əvəz Həsənov ile ilgili görsel sonucu

Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi Qrupunun həmsədri, konfliktoloq Əvəz Həsənov  “Yeni Müsavat”a bildirdi ki, Bakının “hamının hamıya” prinsipini Ermənistan tərəfi Dağlıq Qarabağdakı qondarma quruma rəhbərlik edənlərin dili ilə qəbul etmədiklərini ortaya qoydu: “Sonra da Nikol Paşinyan faktiki olaraq bu təklifi bir növ inkar elədi. İndi bu məsələnin yenidən ortaya çıxması əsas verir ki, Rusiya artıq hansısa bir humanitar nəticənin ortaya qoyulmasında maraqlıdır. Rusiya istəyir ki, tək sözdə deyil, eyni zamanda əməldə də Rusiyanın vasitəçiliyinin nəticəli olduğunu göstərə bilən bir fakt olsun. Bunu ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinə də sübut etmək istəyir. Ermənilərin, məncə, Dilqəm Əsgərovdan başqa digər üç azərbaycanlı girovu buraxması real görünür. Çünki ermənilər bəyan edir ki, Dilqəm Əsgərov erməni vətəndaşın ölümündə günahkardır. Ona görə də hələlik ermənilər Dilqəm Əsgərovun buraxılması məsələsini qəbul edə bilmirlər. Digərlərinin buraxılması-dəyişdirilməsi üçün yəqin ki, addımlar atılacaq və müəyyən bir nəticə olacaq. Ancaq Dilqəmin tezliklə buraxılacağına mənim şübhələrim qalmaqdadır. Dağlıq Qarabağ ermənilərinin onu buraxacağı ilə bağlı deyilə biləcək mülahizələr hələ aradan qalxmayıb. Ona görə hesab edirəm ki, bu, bir az çətin məsələ olacaq. Rusiya tərəfi də bu məsələdə Dağlıq Qarabağın üzərinə təkidlə getməyəcək. Çünki hələ ki ortada yumşalma mövqeyi yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi məsələsini müzakirə etmişdi. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri-Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.
Son dəfə ötən ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, 2018-ci il noyabr ayının sonunda Gürcüstanın Tiflis şəhərində Azərbaycanın və Ermənistanın dövlət komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər. Həmin görüşdə əsir və girovların “hamının hamıya” prinsipi ilə azad edilməsi məsələsinin müzakirəyə çıxarılacağı gözlənilirdi. Lakin məsələ reallaşmadı.
Hazırda ermənilər 4 azərbaycanlını girov saxlayırlar. Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ilin iyulunda yaxınlarının məzarını ziyarət etmək üçün Kəlbəcər rayonuna gedən zaman işğalçı Ermənistan ordusunun əsgərləri onları ələ keçirib. Dağlıq Qarabağda onlara qondarma məhkəmə qurulub. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 20 il azadlıqdan məhrum edilib. Onlardan başqa Elnur Hüseynzadə və Elvin İbrahimov adlı azərbaycanlılar da Ermənistanda əsir saxlanır.
Azərbaycan tərəfində isə hazırda üç erməni diversant (Arsen Baqdasaryan, Zaven Karapetyan, Karen Kazaryan) saxlanılır. Hər üç erməni məhkəmədə Azərbaycan tərəfə keçib diversiya, təxribat həyata keçirmək istədiklərini etiraf ediblər.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Həcc qiymətləri endirilə bilərmi?” -QMİ mətbuat xidməti cavab vermədi…

Next Post

“Açıq mikrofon” müğənniləri 6 aylıq həbsə aparır -Bu proses bizim ölkədə ilk praktika ola bilər…

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
“Açıq mikrofon” müğənniləri 6 aylıq həbsə aparır -Bu proses bizim ölkədə ilk praktika ola bilər…

“Açıq mikrofon” müğənniləri 6 aylıq həbsə aparır -Bu proses bizim ölkədə ilk praktika ola bilər...

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi – Siyahı

Ələkbərov 2,7 milyard qazandı, yerini itirdi - Siyahı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.