"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Gürcü prezidentə ABŞ-dan sərt cəza: Bakıya qarşı məkrli planın pərdəarxası

03 May 2019 - 14:58
in SİYASƏT

Gürcüstanla sərhəddəki “Keşikçi Dağ” məbədi ətrafında Bakı və Tiflis arasında yaranan süni gərginlik aradan qalxmayıb. Səbəb də məsələnin gürcü prezident Salome Zurabişvili səviyyəsində, lüzumsuz yerə gündəmə gətirilib körüklənməsi, hətta üstüörtülü şəkildə ölkəmizə qarşı ərazi iddiası səslənməsidir.
Halbuki sərhədlə bağlı dövlətlərarası komissiya fəaliyyət göstərir və gürcülər həmin komissiya çərçivəsində işi sürətləndirmək yerinə, prezident səviyyəsində tələb irəli sürürlər. Hətta keçən həftəsonu müxalif partiyalardan birinin rəhbəri sərhədçilərimizi və dövlətimizi aşağılamağı özünə rəva bilmiş, “azərbaycanlıları regiona gəlmə xalq” adlandırmışdı. Təsadüfmü?
*****
Ondan başlayaq ki, Ermənistandakı “məxməri inqilab”dan sonra ABŞ “qərbyönlü” Paşinyandan əlini üzüb. Çünki erməni baş nazir artıq sələflərinin kursunu davam etdirərək, öz ölkəsini Rusiyanın siyasi-hərbi orbitindən çıxarmayacağını bəyan edib. Buna o, əmələn də riayət edir. Bu fonda təbii ki, Azərbaycan və Gürcüstanın Qərb üçün, Amerika üçün önəmi xüsusilə artmış olur. Söhbət təkcə iki ölkədən Avropaya doğru uzanan çoxmilyardlı Qərb layihələrinin və dəhlizlərin aqibətindən getmir.
Yeri gəlmişkən, gələn il Azərbaycan qazını Avropa daşıyacaq Cənub Qaz Dəhlizi (CQD) də istifadəyə veriləcək. Aydındır ki, bu layihədə Moskva maraqlı deyil – bunu açıq büruzə verməsə də. Çünki CQD Avropanın Rusiya qazından asılılığını azaltmış olacaq. Odur ki, regionda gərginliyin artması, xüsusın də Bakı ilə Tiflis arasında soyuqluğun, imkan daxilində isə konfliktin yaranması ən çox şimal qonşumuzun mənafeyinə uyğun görünür. Az öncə Gürcüstanın Axalkalaki bölgəsində erməni Xocalı canisinə büst qoyulmasında da “Moskva izi” görünmüşdü.      
Bu yandan isə Gürcüstan prezidentinin sərhədlə bağlı Azərbaycan-Gürcüstan əlaqələrinin istiləşməsinə kömək eləməyən bəyanatlar verməsi, “qaşınmayan yerdən qan çıxarması”, yumşaq desək, qəribə görünür. Hər halda, sərhəd xətlərinin dəqiqləşdirilməsi indi heç də iki ölkə arasında həlli vacib və strateji məsələlərdən sayılmır.
Maraqlıdır ki, bu qalmaqal fonunda iki gün öncə Zurabişvili birbaşa və dolayısıyla yenə Kremlin bölgədəki strateji maraqlarına xidmət edən bəyanat verib. ABŞ-ın “bostanına” isə daş atıb. Deyib ki, “Gürcüstan ərazisində ABŞ hərbi bazası inşa eləmək məqsədəuyğun deyil və təxribatdır” (belə bir bazanın qurulması ilə bağlı Tiflislə Vaşinqton arasında danışıqlar gedir). Onun sözlərinə görə, “ABŞ-la əlaqələrin inkişafına diqqət yetirilməlidir, ancaq bu, başqa ölkələri təxribata çəkməməlidir”. 
Bura Azərbaycanla Avropa Birliyi (AB) arasında tezliklə imzalanması gözlənilən tərəfdaşlıq sazişi məsələsini də əlavə eləsək, son baş verənlərdə Rusiya “barmağı” daha aydın görünər. Bəzi iddialara görə, Rusiyada biznesi olan gürcü “boz kardinal” Bidzina İvanişvilinin pulu hesabına prezident olmuş Zurabişvilinin özü də əslində gizli rusiyapərəstdir. Onun ABŞ bazası ilə bağlı açıqlaması bu yöndə şübhələr artırır ki, azaltmır…
*****
“Azərbaycanla Avropa Birliyi arasında anlaşma üzərində işin yekunlaşacağı, Azərbaycan prezidentinin mayın 13-də Brüsselə zirvə görüşünə gedəcəyi bir vaxtda bir yandan Ermənistanın bizi yeni təxribatlara çəkmək cəhdləri, o biri yandan da Gürcüstanın bizə qarşı sərhəd tələbləri artır”.
Bu sözləri politoloq Erkin Qədirli deyib (Teleqraf.com). Ermənistanın Azərbaycana qarşı təxribat cəhdlərinin aydın olduğunu deyən ekspert bu cəhdlərin arxasında Rusiyanın dayandığına əmindir: “Rusiya bizim Avropa Birliyi ilə yaxınlaşmağımızı istəmir, bu, aydındır. Gürcüstan tərəfdən, özü də prezident səviyyəsində, bizə qarşı ”sərhəd tələbləri”nin arxasında da Rusiya dayanırmı? Gürcüstandakı yeni hökumətin Rusiyaya bağlılığı haqqında Gürcüstanın özündə də söhbətlər var. Nə desəniz ola bilər. Gürcüstanın öz oyunu da ola bilər. Avropa Birliyi ilə anlaşma öncəsi Azərbaycandan torpaq qoparmaq istəyə bilər. İmtina alacağını bilə-bilə bunu niyə etsin?”
Politoloqa görə, Azərbaycanı Avropanın gözündə danışıq apara bilməyən, anlaşmaq istəməyən tərəf qismində göstərməyə maraqlı olanlar az deyil. “Göründüyü qədəri ilə öz aramızda da elələri var. Gürcüstan da bu oyuna girdisə, onunla ciddi danışmaq lazımdır. Gürcüstan ölkəmizdən çox asılıdır. Ölkəmizin AB ilə yaxınlaşmasını istəməyən iki qonşumuz – Rusiya və İran-Ermənistanla yanaşı, Gürcüstan üzərindən də bizə qarşı siyasət yürüdə bilər. Hər ikisinin Gürcüstana bizim qazdan daha ucuz qiymətə qaz təklif etməsi də bu siyasətin içindədir. Bunlar kiçik və görünən addımlardır. Məqsəd birdir: Azərbaycanın bütövləşməsini, güclənməsini, demokratikləşməsini əngəlləmək”, – deyə o əlavə edib.
*****
Bur arada Salome Zurabişvilnin ABŞ-a sentyabr üçün nəzərdə tutulan ilk rəsm səfərinin təxirə salındığı məlum olub. “Yeni Müsavat”ın məlumatına görə, xəbəri “Rustavi 2″ telekanalı etibarlı qaynaqlara istinadən yayıb. Bildirilir ki, səfər hələ mart ayından Gürcüstan XİN tərəfindən hazırlanırmış. ABŞ tərəfi hələ ki, bununla bağlı heç bir rəsmi izahat yaymayıb. Ancaq imtina qərarının məhz gürcü prezidentin son müəmmalı davranışları və rusiyayönlü bəyanatlarından sonra verilməsi diqqət çəkir. Qənaət hasil olur ki, ABŞ-da Zurabişvilini görmək istəmirlər.
Onu da əlavə edək ki, gürcü prezidentin son bəyanatı müxalifət tərəfindən sərt etirazla qarşılanıb. Hətta onun impiçmentinin vacibliyindən danışmağa başlayıblar. Məsələn, parlamentdəki “Avropa Gürcüstanı” fraksiyasının üzvü, deputat Qiqa Bokeriya prezidentin açıqlamasını ölkə üçün olduqca ziyanlı adlandırıb. “Bu adamın prezident statusunun özü Gürcüstanın milli maraqlarına qarşı təxribatdır. Bu adam ölkə əleyhinə zərərli baxış və ideyalarla zəngindir”, – deyə o bildirib.(musavat.com)

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu yaz Xiaomi smartfonu əldə et, Azercell-dən hədiyyə qazan!

Next Post

Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya toplanır

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya toplanır

Gürcüstanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiya toplanır

Daha 3413 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Daha 3413 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.