"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanda operativ vergi yoxlamaları tamamilə dayandırılıb” – Sahib Ələkbərov

08 May 2019 - 19:00
in CƏMİYYƏT

“Bu ilin ilk 4 ayında dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə proqnoza nisbətən 270 milyon manatdan artıq vergi daxil olub”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bunu “Report”a ekskluziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, artım növbəti dövrdə də davam etdiriləcək:

“Cənab Prezident də Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirmişdi ki, büdcəyə 150 milyon manat artıq vergi daxil olub. Aprel ayının artımı ilə bu rəqəm daha da yüksəlib. Biz gələcəkdə də bu artımın daha da yüksəlməsinə çalışacağıq. Bunun da bir neçə səbəbi var. Bu gün səyyar vergi yoxlamaları demək olar ki, keçirilmir. Yalnız köhnədən olanların davamı aparılır. Operativ vergi yoxlamaları tamamilə dayandırılıb”.

Nazir müavini bildirib ki, bunun qarşılığında vergi daxilolmaları artıb:

“Bir neçə ildir ki, nəzarət tədbirlərinin sayını azaltmağa çalışırıq, sanksiya və digər cəza tədbirlərini tətbiq etməkdən çəkinirik, amma kimsə düşünürsə ki, bu heç olmayacaq, o yanılır. Çünki vergi orqanının əsas vəzifəsi nəzarətdir. Nəzarət olan yerdə də sanksiya olacaq. Son bir neçə ildə yoxlamaların sayının minimuma endirilməsi bəzi xoşa gəlməyən sualların da yaranmasına səbəb oldu. Biz cəzasızlıq mühiti formalaşmağa başladıq. Amma mütəmadi olaraq tədbirlər görülür. Hələlik cəza tədbirləri azdır. Hazırda əsasən maarifləndirmə, təbliğat yolu ilə onları haqq yoluna dəvət etməyə çalışırıq. Nəticələr var. Bəziləri deyir ki, “gördünüz?! Siz nəzarəti dayandırdınız bu oldu”. Amma bu doğru yanaşma deyil”.

S.Ələkbərov təmsil etdiyi Nazirliyin vergi daxilolmalarını artırmaq üçün bir sıra səmərəli metodlardan istifadə etdiyini açıqlayıb.

“Onlardan birincisi uçotun dürüstləşdirilməsidir. 2017-ci ildən etibarən elektron qaimə-fakturalar tətbiq olunur. 2018-ci ilin yanvarın 1-dən etibarən isə bu hamıya şamil edilib. Düzdür buna tam nail ola bilməmişik, amma proses gedir. Digər məsələ onlayn nəzarət-kassa aparatları ilə bağlıdır. Bəziləri hesab edir ki, yanvarın 1-dən qanun qüvvəyə mindikdən sonra elektron nəzarət-kassa aparatları quruldu və bununla da məsələ bitdi. Amma elə deyil. Bilirsiniz ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qrafik var. Ona uyğun olaraq ilkin iri ticarət mərkəzlərində, sonra yanacaqdoldurma məntəqələrində bu kassa aparatları quraşdırılacaq. Daha sonra digər obyektlərə keçiləcək. Elektron qaimə-faktura ilə onlayn kassa aparatlarının məlumatları arasında uyğunsuzluq olan kimi dərhal təhlillər başlayır”, – S.Ələkbərov əlavə edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ruhanidən dünyanı SİLKƏLƏYƏCƏK XƏBƏRDARLIQ: 60 gün vaxt verdi və 4 ölkəyə…

Next Post

Bu gün 9 May – Qələbə günüdür

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bu gün 9 May – Qələbə günüdür

Bu gün 9 May - Qələbə günüdür

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.