"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD Kobanini alır: Türkiyəni tələyə çəkmək istəyirlər – VİDEO – FOTO +18

08 Oktyabr 2014 - 14:26
in DÜNYA

1Suriyanın şimalında, Türkiyə ilə sərhəddən 800 metr aralıda yerləşən Ayn əl Ərəb (kürdlər bu şəhərə “Kobani” deyirlər) şəhəri uğrunda döyüşlər davam edir.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

“İraq və Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının dəstələri şəhərə üç tərəfdən hücum edirlər. Təkfirçilərin artıq şəhərin bir neçə məhəlləsini ələ keçirərək mərkəzə doğru irəlilədikləri vurğulanır.
Dünən ABŞ Hərbi-Hava Qüvvələrinin təyyarələri İŞİD-in Kobanidəki mövqelərini 8 dəfə bombalayıb.
Bombardmanlar nəticəsində terrorçuların 4 avtomobili məhv olunub, tank və zirehli transportyoru zədələnib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sadəcə, aviazərbələr yetərli deyil: “Belə davam edərsə, Kobani az sonra tamamən islamçıların nəzarətinə keçə bilər”.

22 gündən bəri döyüşlərin davam etdiyi Kobani terrorçuların əlinə keçərsə, İŞİD Suriya-Türkiyə sərhədinin əhəmiyyətli hissəsinə nəzarətə yiyələnəcək.

Al Jazeera bildirir ki, indiyədək Kobanidəki döyüşlərdə 430 nəfər həlak olub. Ən azı 130 min kürd şəhərdən qaçaraq Türkiyəyə pənah aparıb.
Şəhərin bir çox məhəllələrində artıq İŞİD bayrağı qaldırılıb. Kobanidəki kürdlərin liderlərindən olan İdris Nisanın dediyinə görə, şəhər artıq İŞİD-in nəzarətindədir.

Al Arabia-nın məlumatına görə, Kobaninin ətrafındakı Mistenur təpəsi və Təl-Şəir dağında İŞİD bayrağı dalğalanır.

Şəhəri müdafiə edən kürdlərin “Özünümüdafiə Dəstələri” (Yekineyen Parastina Gel, YPG) və “Demokratik Birlik Partiyası” (Partiya Yekitiya Demokrat, PYD) terror təşkilatlarının nümayəndələrinin dediklərinə görə, İŞİD onlara qarşı ağır artilleriya ilə zirehli texnikadan istifadə edir.
“Terrorçuları indi dayandırmasaq, şəhərdə qırğın başlanacaq. İŞİD bizi hər tərəfdən mühasirəyə alıb, tanklar və toplardan atəşə tutur. Silah-sursat çatışmasa da, kürdlər müqavimət göstərirlər”, – YPG İdarə Heyətinin üzvü Asye Abdulla deyib.

PYD və PYG qruplaşmaları terror təşkilatları olaraq, illər boyu Türkiyədə teraktlar törətməklə məşğul olublar. Bu strukturlar PKK/ONGRA-GEL-ə tabedir və lider qismində Türkiyənin İmralı adasındakı həbsxanada saxlanan Abdulla Ocalanı tanıyırlar.

Əs Şark Al Avsat hesab edir ki, Suriya və İraqda onlarla şəhərdə İŞİD-lə döyüşlər getdiyi halda Qərb mediasında Kobani uğrunda döyüşlərin qabardılması, bu barədə intensiv xəbərlərin verilməsi nəyin bahasına olursa-olsun Türkiyəni Suriyaya qoşun yeritməyə vadar etməkdir: “Qərb yenə də Türkiyədən istifadə etməyə çalışır. ABŞ və müttəfiqlərinin İŞİD-ə qarşı quru əməliyyatları aparmaq niyyəti yoxdur, onlar aviazərbələrlə kifayətlənirlər. Qərb türk əsgərlərini İŞİD-ə qarşı çıxarmağa, türklərlə terrorçular arasında müharibənin başlanmasına çalışır.

Digər tərəfdən, Qərb illərdən bəri gizlicə silahlandırdığı PKK və digər kürd terror təşkilatlarına yardımlarını indi tam legitimləşdirir. Axı bu terrorçular İŞİD-ə qarşı vuruşurlar. Qərbin “məntiq”inə görə, terrorçu İŞİD-ə qarşı atəş açarsa, deməli, artıq terrorçu deyil. Türkiyə bilməlidir ki, indi İŞİD-ə qarşı çevrilən silahlar sonradan, ara səngiyəndən sonra “müvafiq əmr” alınanda Türkiyənin özünə qarşı çevriləcək. Tarix bunu dəfələrlə sübut edib və indi də belə olacaq”.

//milli.az

 

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məşhur model nişanlısından ayrılar-ayrılmaz başqa bir oğlanla oteldə yaxalandı – FOTO

Next Post

Tehranın zəngin qızları “İnstagram”da – FOTO

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Tehranın zəngin qızları “İnstagram”da - FOTO

Prezident nazirləri topladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.