"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

08 Oktyabr 2014 - 16:31
in MANŞET
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-1412766945cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

 

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

APA-nın məlumatına görə, prezident İlham Əliyev bildirib ki, bu ilin 9 ayının sosial-iqtisadi inkişafı uğurlu olub, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atılıb.

 

Dünyada maliyyə böhranının davam etdiyi bir vaxtda 9 ayda ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektoru isə 6 faiz artıb. İnflyasiya 1,5 faiz təşkil edib, əhalinin pul gəlirləri 5,4 faiz çoxalıb.
Bu il də büdcə xərclərinin kifayət qədər böyük olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, ilin əvvəlindən ölkəmizə 19 milyard dollar sərmayə qoyulub ki, onun da 11 milyard dolları daxili investisiyalardır. İlin əvvəlindən maliyyə resursları 3 milyard 600 milyon dollar artıb və Azərbaycanın valyuta ehtiyatı 53 milyard dollara çatıb.
Dövlət başçısı qeyd edib ki, Dünya İqtisadi Forumunun reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə artıq 38-ci yerdə qərarlaşıb. Bu dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra olunub, doqquz ayda 100 mindən çox yeni iş yeri yaradılıb, bununla da son 10 ildə açılan iş yerlərinin sayı 1 milyon 300 minə çatıb. Ötən 9 ayda sosial layihələrin icrası davam etdirilib və investisiya portfelində bu layihələrə xərclənən vəsait kifayət qədər böyük olub. Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı da uğurla icra olunur. Ölkədə infrastruktur layihələrinin icrasına xüsusi diqqət yetirilir.
Prezident İlham Əliyev vurğulayıb ki, artıq bir çox sahələrdə Azərbaycanın müsbət təcrübəsi öyrənilir. Bunu bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda BMT İnkişaf Proqramının rəhbərinin səsləndirdiyi fikirlər də təsdiqləyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasından təəssüfləndiyini deyən dövlət başçısı qeyd edib ki, mövcud status-kvonun yolverilməzliyi ilə bağlı səslənən fikirlərə Ermənistan məhəl qoymur, bu fikri səsləndirən qüvvələr isə təsirli addımlar atmır: “Buna baxmayaraq, Azərbaycan bütün sahələrdə uğurla inkişaf edir, ordu quruculuğu yüksək səviyyədə həyata keçirilir. Təsadüfi deyil ki, üçüncü rübdə təmas xəttində baş verən hadisələr zamanı Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi”.
Prezident İlham Əliyev nitqində keçən ay təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsi ilə bağlı fikirlərini də bölüşüb və bunu tarixi hadisə adlandırıb.
Sonra maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov bu ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.
İclasa yekun vuran prezident İlham Əliyev ilin sonunadək dövlət investisiya proqramının tam icra olunacağını, məktəblərin, uşaq bağçalarının və müasir səhiyyə ocaqlarının tikintisinin davam etdiriləcəyini deyib. Dövlət başçısı gələn ilin büdcəsində də hərbi xərclərə xüsusi diqqətin göstəriləcəyini qeyd edib, texniki baxımdan Azərbaycan Ordusunun dünyada güclü ordular sırasında olduğunu bildirib.

 

Prezident İlham Əliyev bu ilin sonuna qədər investisiya proqramının təsdiq edilməsinin vacibliyini vurğulayıb, müasir emal müəssisələrinin yaradıldığını, qeyri-neft sektorunun inkişafında xidmət və turizm sahələrinin xüsusi yer tutduğunu bildirib. Dövlət başçısı yaxın iki ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tam istifadəyə veriləcəyini bildirib, bununla da Xəzərdə ən iri ticarət limanının yaradılacağını qeyd edib. Hava nəqliyyatının inkişaf etdiyini, keçən rübdə ilk dəfə olaraq Bakıdan Nyu-Yorka uçuşların təşkil edildiyini vurğulayan İ. Əliyev məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini söyləyib, ekologiya məsələlərinin həllinə diqqət göstərilməsinin önəmini vurğulayıb. İlk Avropa Oyunlarına hazırlıqla bağlı bütün işlərin cədvəl üzrə uğurla getdiyini, təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olduğunu deyən prezident İlham Əliyev bu oyunların Yay Olimpiya Oyunları səviyyəsində keçiriləcəyini bildirib.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bura Türkiyədir – “Yeni Türkiyə” – FOTOLAR

Next Post

Bakıda atışma: yaralılar var – VİDEO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Bakıda atışma: yaralılar var - VİDEO

Ziya Məmmədovun qardaşı bunu da etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.