"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi

21 May 2019 - 09:27
in CƏMİYYƏT

Şamaxı rayonunun Avaxıl kəndində yaşayan və 8 il öncə dünyasını dəyişmiş 1987-ci il təvəllüdlü İbrahimov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

ONA-nın yerli bürosu xəbər verir ki, bu barədə Raufun böyük qardaşı Nüsrət məlumat verib.

Onun sözlərinə görə, ailədə üç qardaş olublar: “Mən və qardaşlarımdan biri hərbi xidmətimizi başa vurmuşuq. Balaca qardaşım Raufun isə uşaqlıqdan xəstəliyi var idi və o elə həmin xəstəlik səbəbindən 2011-ci ildə dünyasını dəyişib. Onun ölümündən 8 il keçməsinə baxmayaraq, belə bir hadisə baş verib. Bizə ən ağrı və acı yaşadan haldan biri də odur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin qardaşımın adına göndərdiyi çağırış vərəqəsi nəyə görə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bizim evə gətirilib? Yəni mənim qardaşım fəraridir? Belə səhv ola bilməz”.

Şikayətçi bildirir ki, mərhum R.İbrahimova 2008 və 2010-cu ildə iki dəfə çağırış gəlib, müayinədən keçib: “O zaman qardaşımı çağırış vərəqəsi əsasında hərbi hissəyə apardılar və bir gün sonra onu hərbi xidmətdən geri gödərdilər ki, bu uşaq xəstə olduğu üçün hərbi xidmətə yararsızdır. Yaxşı, mən başa düşmürəm, hərbiyə yararsız diaqnozu olsa da, qardaşma təkrar 2019-cu il mayın 14-də hərbi xidmət üçün yenidən çağırış vərəqəsi nəyə görə gəlib? Bu necə olur? Axı qardaşımın ölüm sənədi və hərbi bileti, xəstəliyi haqda bütün sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsindədir”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsindən ONA-nın yerli bürosuna verilən məlumata görə, şəhər və rayon qeydiyyat şöbələrinin hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, habelə bu şəxslərin ölümünün qeydiyyatı barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə 7 gün müddətində məlumat verilməlidir. Lakin belə bir sənət təqdim olunmadığına görə Şamaxı rayonu Avaxıl kəndində yaşayan 1987-ci il təvəllüdlü İsgəndərov Rauf Ötərxan oğluna təkrar hərbi tibbi müayinə komissiyasından keçməsi üçün çağırış vərəqəsi göndərilib.

Yerli kənd icra nümayəndəliyi isə bildirib ki, rayonun Avaxıl kəndində yaşayan və sonra dünyasını dəyişən Rauf İbrahimovun ölümü haqqında şəhadətnamə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbəsinə vaxtında təqdim olunub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Güclü şimşək Zaqatalada evi, Şəkidə ağacı yandırıb

Next Post

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

Azərbaycanda xarici ticarət fəaliyyəti ilə bağlı qaydalar dəyişdi

Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.