"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bacısına dovşan şəkli göndərəni bıçaqlayan Ataşa 10 il cəza verildi

24 May 2019 - 18:47
in HADİSƏ

Bacısına mesaj yazan qonşusunu bıçaqlayan şəxsin məhkəməsi davam etdirilib. Prosesdə gərginlik yaşanıb, yeni təfərrüatlar üzə çıxıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən 1998-ci il təvəllüdlü Ataş Rəşidovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. 

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Ataş Rəşidov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində baş verib. Ataş Rəşidov münaqişə zəminində həmyerlisi Bəxtiyar Allahverdiyevin evinə gələrək ona bıçaqla bir neçə xəsarət yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Ataş Rəşidova qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə iclasında zərərçəkmiş Bəxtiyar Allahverdiyevin anası Gülnar Allahverdiyeva ifadə verib.

Hadisə günü baş verənlərdən danışan Gülnar Allahverdiyeva deyib ki, evdə olan zaman oğlunun qapıda bıçaqlandığını görüb: “Qapıya çatanda qanın içində idi. Dedi ki, qapını bağla. Mən də qapını bağladım. Qarnından vurulmuşdu. Dedim ki, kim vurdu? Ataşın vurduğunu dedi. Təcili yardıma zəng elədim”.

Gülnar Allahverdiyeva hadisənin təfərrüatından sonradan xəbər tutduğunu deyib.

Bildirib ki, oğlu Ataşın bacısına mesaj yazıb, amma bu, təsadüfən olub: “Ataşın bacısına “salam, necəsən” yazıb. O da telefona baxanda Bəxtiyarın olduğunu bilib. Bəxtiyara ana, bacı söyüşləri, başqa təhqirlər yazıb. Sonra da görüşə gəlib. Adam bir zəngə, bir mesaja görə adam bıçaqlayar?”.

Məhkəmədə məlum olub ki, Bəxtiyar Ataşın bacısına dovşan şəkli də göndərib. Hakim bu şəklin mənasını Gülnar Allahverdiyevadan soruşub.

Şahid Gülnar Allahverdiyeva bunun nə məna verdiyini bilmədiyini deyib. Söyləyib ki, bu şəkilə görə də adam-adamı öldürmək istəməz.

Belə məlum olub ki, göndərilən dovşan şəkli gənclər arasında mübahisənin daha da böyüməsinə səbəb olub. Çünki həmin dovşan şəklinin gənclər arasında mənası “ağır” təhqir imiş…

Ataş Rəşidov özünü qismən təqsirli bilir. Bəxtiyar bacısına mesaj yazdığını deyib. O deyib ki, mübahisə zamanı Bəxtiyar onu yumruqla vurub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sumqayıtda narkomanların sayı açıqlanıb

Next Post

Ağalar Bayramov haqlı olaraq danışdı

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Ağalar Bayramov haqlı olaraq danışdı

Ağalar Bayramov haqlı olaraq danışdı

Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Ölkə ərazisində qeyri-sabit hava müşahidə olunur – Külək, yağış, dolu…

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.