"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yaxın 10 ildə xərçəngə qarşı yeni preparat kəşf edilə bilər – Britaniyalı professor

30 May 2019 - 12:25
in DÜNYA

Britaniya alimləri heç bir prosedura reaksiya verməyən dözümlü xərçəng hüceyrələrinin inkişafını dayandıracaq yeni preparatların yaxın 10 ildə kəşf edilə biləcəyini açıqlayıblar.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

ONA BBC-yə istinadən xəbər verir ki, Britaniyanın Xərçəng Tədqiqatları İnstitutu (ICR) bu araşdırmaya 75 milyon funt sterlinq ayıracağını açıqlayıb.

İCR Londonun cənubundakı Sutton qəsəbəsində yeni dərmanlar hazırlayan müasir araşdırma mərkəzi açmaq istəyir.

İnstitutun rəhbəri Paul Uorkman deyib ki, xərcənglə mübarizədə ən böyük problem xərçəng hüceyrələrinin dərmanlara adaptasiya olmaları və dərmanlara qarşı müqaviməti artırmalarıdır.

Yeni dərmanlar xərçəng hüceyrələrinin inkişafını daha uzun müddət üçün əngəlləyə biləcək. Bundan başqa, xərçəngdən xilas olma halları artacaq.

Hazırda QİÇS virusu ilə mübarizə də bu mərhələdədir.

Professor Uorkman əlavə edib ki, xərçəng hüceyrələrinin təkmilləşmək və müqaviməti artırmaq xüsusiyyəti xərçənglə bağlı əksər ölümlərin əsas səbəbi və bu xəstəliklə mübarizəni çətinləşdirən başlıca problemdir.

Onun sözlərinə görə, İCR xərçəngin müalicəsinə radikal dərəcədə yeni yanaşma hazırlayır, bu yanaşma xərçəng hüceyrələrinin təkamül prosesini əvvəldən təxmin etməyə hesablanıb: “Biz çox əminik ki, yeni araşdırmalar sayəsində xərçəngi daha uzun müddət nəzarətdə saxlamağın yolunu tapacaq və hətta xəstələri müalicə edib onların daha uzun və daha keyfiyyətli həyat yaşamasına nail olacağıq”.

Araşdırmaçıların hədəfi hüceyrələrdə preparatlara qarşı müqavimətin formalaşmasına mane olmaqdır.

Onların qənaətinə görə, onkoloji xəstəliklərlə mübarizənin müasir metodları, məsələn, kimyaterapiya bəzən müsbət nəticə vermir, xərçəng hüceyrələri sağ qalır, adaptasiya olunur və xəstəlik yenidən qayıdır.

İnstitut bu araşdırma üçün 300-dək araşdırmaçını işə cəlb etmək istəyir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ukraynada hərbi helikopter qəzaya uğrayıb, azı 4 nəfər ölüb

Next Post

Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi

Azercell Bakıda futbol azarkeşlərini yüksək-sürətli internetlə təmin etdi

Şəkidə 200 ədəd çətənə kolu məhv edilib – FOTO

Şəkidə 200 ədəd çətənə kolu məhv edilib - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.