“Bazarstore” super marketində müştərinin 30 min manatlıq qızılları oğurlanıb.
Elchi.az xəbər verir ki, “Bazarstore”un Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən mağazasında Abik Davidoviçə məxsus içərisində 30 min manatlıq qızıl-zinət əşyaları olan çanta oğurlanıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.




