"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əsgər atası ETİRAZ edir: “Oğlum haqqında yazılanlar YALANDIR”

13 İyun 2019 - 16:47
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT

Dünən Miq.az saytına və Səngər səhifəsinə açıqlama verən Samux rayon, Çobanabdallı kənd sakini,  Nəbiyev Asif  Beyləqanda  “N” saylı hərbi hissədə hərbi xidmətdə olan oğlu Nəbiyev Məmməd haqqında sosial şəbəkələrdə yayılmış məlumatlara etiraz edib.
Redaksiyamıza zəng edən əsgər atası bu informasıyanın həqiqətdən uzaq olduğunu bildirib:
“Beyləqanda “N” saylı hərbi hissədə xidmətdə olan oğlumun başına avtomatın qundağı ilə vurularaq beyin sarsıntısı keçirməsi, heç kimi tanımaması haqqında yayılan informasiyalar yalandır. Bu xəbəri yaymaqda insanların məqsədi mənə çatmır. Mən əsgərin atasıyam. Əgər belə hadisə olsaydı, özüm mətbuatı bu işdən xəbərdar edərdim. Mən övladımla telefonla danışdığım zaman hərbi hissə rəhbərliyindən ağız dolusu danışıb. Əsgərlərə olan qayğıdan valideyn kimi razıyam. Övladım haqqında yayılan bu kimi informasiyadan xəcalət çəkdim. İnanın ki, çox narahatam. Mənim oğlum hansı diaqnozla hospitala yerləşdirildiyini dəqiq bilirəm. İnsandı, mülkidə də xəstələnə bilər, hərbi xidmət zamanı da. Bunu şüar edib ordunu, zabitləri ləkələmək düzgün addım deyil. Sizdən xahiş edirəm ki, oğlum haqqında sosial şəbəkələrdə və bəzi saytlarda yazılmış bu qərəzli informasiyaya inanmayın. Bu xəbəri hansı məqsədlə və kim yayıbsa təkcə mənim ailəmə qarşı deyil, Azərbaycan Ordusuna qarşı atılıb.”
Miq.Az-la əlaqə saxlayan əsgərin qohumu Elman Qurbanov da qohumu haqqında yayılan informasiyaya etiraz etdi: 
“Bu informasiyanın yayılmasında hansı məqsədin güdülməsi mənim üçün maraqlıdır. Mən əsgərin yaxın qohumuyam. Ordu və əsgər haqqında mənbəyi olmayan, həqiqəti əks etdirməyən belə bir xəbərin yayılması yolverilməzdir. İndi hansı zamandır ki, ilin-günün bu vaxtı əsgəri avtomatın qundağı ilə başından vursunlar. Orduda bütün zabit heyəti əsgərə öz övladı kimi baxır. Bu informasiyanın kim tərəfindən yayılmasını öyrənirik. Hüqüq müstəvisində bu işə baxılacaq. Bizim övladlarımızdan, əsgərlərimizdən öz məqsədləriniz üçün sui-istifadə etməyin!…”
Redaksiyamıza açıqlamasında əsgərin atası və qohumu onu da bilirdilər ki, onlar hal-hazırda hospitalda müalicə alan əsgər  Nəbiyev Məmmədin  bədənində hər hansı xəsarət izi aşkarlamayıblar.
Xatırladaq ki, dünən sosial şəbəkələrdə və bəzi saytlarda Samux rayon, Çobanabdallı kənd sakini, 19 yaşlı əsgər Nəbiyev Məmməd Asif oğlu Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə başına avtomatın qundağı ilə vurulması və beyin sarsıntısı keçirməsi haqqında bloqqer Həbib Müntəzirin “feysbuk” səhifəsinə istinadən informasiya yayılıb. 
Əsgərin valideynləri və qohumları isə yayılan informasiyanı təkzib edirlər. 

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İqbal Ağazadənin itkin düşmüş əmisi oğlunun meyiti tapılıb

Next Post

“Yanardağ” qoruğunda turistlər üçün qiymətlər açıqlanıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“Yanardağ” qoruğunda turistlər üçün qiymətlər açıqlanıb

“Yanardağ” qoruğunda turistlər üçün qiymətlər açıqlanıb

Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması ilə bağlı YENİLİK qəbul olundu

Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması ilə bağlı YENİLİK qəbul olundu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.