Sözün düzü, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan “ Qaçqınlar və məcburi köçkünlər” şöbəsinin ləğv olunası ilə bağlı məlumat bizi xeyli təəccübləndirdi. Axı, ölkəmizdə olan 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi Bakı şəhərində məskunlaşıb. Belə olan halda şəhər icra hakimiyyətinin strukturundakı “ Qaçqınlar və məcburi köçkünlər” şöbəsinin ləğv olunması hansı zərurətdən irəli gələ bilər? Qaçqın ptoblemi həll olunubmu?
Bütün bu suallara aydınlıq gətirmək üçün qafqaznews.az-ın müxbiri şəhər icra hakimiyyəti ilə əlaqə saxlayıb. Adını deməkdən imtina edən əməkdaş bildirib ki, əvvəl belə bir şöbə olub və şöbənin müdiri isə Qalib Məmmədov olub, ancaq hazırda şöbə fəaliyyət göstərmir.
Müxbirimiz sonra Hacıbala Abutalıbovun müavini Füdumə Hüseynova ilə əlaqə saxlamağa cəhd eləsə də danışmaq mümkün olmayıb.
Müxbirimiz daha sonra ŞİH-nin aparatı ilə əlaqə saxlayıb. Aparatin Leyla adlı ( soyadını bildirmədi ) əməkdaşı bildirib ki, bu şöbə haradasa 1 ilə yaxındır, tam dəqiq desək 5-6 aydır ki, ləğv olunub. “Bəs, şöbənin işi hansı quruma həvalə olunub” sualına Leyla xanım cavab vermədən dəstəyi asıb.



