14 nəfər həlak olub
Kəşmirin mübahisəli rayonlarının artilleriyadan atəşə tutulması üçü Pakistan, biri Hindistan vətəndaşı olmaqla dörd dinc sakinin ölümünə səbəb olub.BBC-yə istinadən xəbər verir ki, Kəşmirin Hindistan hissəsində ərazinin “qış paytaxtı” – Cammuya bitişik yerlərdən olan yüzlərlə kəndli məktəblər və digər tikililərdə gizlənmək üçün evlərindən qaçırlar.
Bazar ertəsindən bu günədək Hindistan-Pakistan sərhədinin mübahisəli hissəsində 14 nəfər həlak olub.
Dehli və İslamabad vəziyyətin gərginləşməsində bir-birini ittiham etsələr də, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. (oxu.az)



