"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu…”

15 İyun 2019 - 11:25
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET

Qüdrət Həsənquliyev: “Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy 1993-cü ildə AXC-nin iflasa uğramasının əsas səbəbi nə idi?

– Əsas səbəb xalqımızın Xalq Hərəkatının önünə siyasi və idarəetmə təcrübəsi olan güclü liderlər çıxara bilməməsi idi. Bu da xalqımızın inkişaf səviyyəsinə birbaşa bağlı olan məsələdir. O zaman Pribaltika respublikalarından fərqli olaraq az-çox idarəetmə təcrübəsi olan Azərbaycan Kommunist Partiyası rəhbərliyinin səriştəsizliyi və qorxaqlığı, insanları küçələrə çıxarsalar da hərəkatın önünə keçməyə cəsarət etməmələri şərait yaratdı ki, təcrübəsiz, savadsız, bir çox hallarda elementar tərbiyəsi olmayan, psixi qüsurlu insanlar da Xalq Hərəkatının önünə çıxa bilsin. Bu insanlar isə çətin siyasi şəraitdə və müharibənin davam etdiyi bir zamanda ölkəni dalana gətirməliydilər və gətirdilər də. Xuliqanlıq, sözün həqiqi mənasında lotuluq edən nazirlər, siyasiləşmiş səhra komandirləri qısa bir zamanda iqtidarı tam olaraq xalqın gözündən saldı.Təsadüfi deyildi ki, Elçibəy Surətin qiyamı ərəfəsində korrupsiyaya həsr olunmuş müşavirə keçirmək məcburiyyətində qalmışdı və həmin müşavirədə açıq formada bəyan etdi ki, xalq rüşvətin miqyasını görüb kommunistlərin atasına rəhmət oxuyur. Elçibəy bəyan etdi ki, korrupsiya elə bir vüsət alıb ki, Azərbaycanın bəzi rayonlarında benzin tapılmadığı halda bizim yanacaq müxtəlif yollarla Ermənistana satılır. Bütün bunların nəticəsi olraq 4 iyun qiyamı zamanı xalq iqtidarın çağırışına cavab verib Prezident Administrasiyasının qarşısına gəlmədi. Yalnış xarici siyasət ona gətirib çıxardı ki, nəinki qonşu dövlətlər, beynəlxalq birlik, hətta qardaş Türkiyə də iqtidarı qiyam zamanı ciddi müdafiə etmədi.

– Niyə belə düşünürsünüz?

– Türkiyə istəsəydi hökumət bacarmasa belə azacıq kömək etməklə Surətin dəstəsinin Nəvaidə tərkisilah edilməsini təmin edə bilərdi. Qiyamdan sonra Dəmirəl təkidlə Elçibəydən tələb edirdi ki, Heydər Əliyevi Bakıya dəvət etsin.

– Qüdrət bəy, AXC hakimiyyəti dövründə Heydər Əliyevə münasibət necə idi?

– İlk böyük səhv ondan ibarət oldu ki, Prezident seçkiləri ərəfəsində Heydər Əliyevin seçkilərdə iştirakını mümkünsüz edən yaş senzi aradan qaldırılmadı. Heydər Əliyevin Naxçıvanda Ali Məclis Sədri seçilməsində AXC-nin müstəsna xidmətləri olmuşdu. Heydər Əliyev də AXC-nin hakimiyyətə gəlişində müstəsna rol oynadı. 1992-ci ilin 14 mayında Mütəllibov qanunsuz olraq yenidən hakimiyyətə gələndə AXC liderləri nə etmək lazım olması barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Heydər Əliyevə zəng edib məsləhət istədi. Heydər Əliyev məsləhət bilmişdi ki, qorxmadan onun üstünə getmək lazımdır. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısında toplanmış insanlara məlumat verəndən sonra insanlar Milli Məclisə doğru yürüş etdi, Mütəllibovu Rusiya qaçırdı və AXC hakimiyyətə gəldi. Amma Bakının yalnış siyasəti sayəsində qısa müddət sonra münasibətlərdə ciddi problemlər yarandı. AXC Heydər Əliyevin təcrübəsindən və böyük dövlət xadimi kimi imkanlarından istifadə edə bilmədi. Ən yaxın müttəfiqini ciddi siyasi rəqibə çevirdi.

– Qüdrət bəy, Heydər Əliyevin hakimiyyətə gələndən sonra 33 AXC batolyonunu buraxması və ölkəni ermənilər qarşısında müdafiəsiz qoyması, atəşkəs sazişi imzalaması barədə ittihamlarla bağlı nə deyə bilərsiniz?

– Bu iddialar cəfəngiyatdır. AXC-nin 33 batolyonu var idisə niyə Nəvaidə Surətin qarşısına çıxarmaq üçün Naxçıvandan, əsasən cəbhəçilərdən təşkil olunmuş bir dəstə gətirilirdi. Həmin dəstə də ilk atəş səslərindən sonra qaçıb getdi. Heydər Əliyevin ən böyük xidmətlərindən biri də hakimiyyətə gələndən sonra ölkədə mövcud olan siyasiləşmiş hərbi müxalifəti aradan qaldırması oldu. Atəşkəs sazişinə gəldikdə isə ölkənin iqtisadiyyatı dağılmışdı, müharibəni davam etdirib qalib gəlmək mümkünsüz idi. Ona görə də atəşkəs elan olundu, neft müqavilələri imzalandı. Nizami ordu quruculuğuna başlanıldı. MDB-yə qoşulmaqla Rusiyadan qaynaqlanan təxribatların miqyasını əhəmiyyətli dərəcədə azaltdı. Azərbaycanın başqa bölgələrində başladılmış etnik seperatizmə ciddi zərbə vuruldu. Elçibəyə, dövlətçiliyə xəyanət etmiş insanlar həbs olundu, ölkədə sabitlik təmin edildi.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda iş adamının güllələnməsinin – TƏFƏRRÜATI

Next Post

Şəhid Araz Pirimovun xatirəsi anılıb – FOTO

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Şəhid Araz Pirimovun xatirəsi anılıb – FOTO

Şəhid Araz Pirimovun xatirəsi anılıb – FOTO

Çimərlikliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərlikliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.