"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tarixçi alim, gözəl jurnalist, publisist yazar…

25 İyun 2019 - 12:14
in MARAQLI

İşgüzar səfərə gəldiyim İstanbulda ağır bir xəbərlə sarsıldım. Eşitdiyimə görə, ailəvi dostumuz, əmi əvəzim İsrafil Məmmədov bu gün Haqq dünyasına qovuşub. İsrafil əminin dəfnində iştirak edə bilmədiyim üçün oğlu Söhbət bəydən, qızları Atirə və Xatirə xanımlardan üzr istəyir, onlara dərin kədərlə başsağlığı verirəm.
İsrafil Məmmədovu dünyaya göz açdığım gündən tanıyırdım. O, atam Tapdıq Həsənovla tələbə yoldaşı olmuş, gənclik illərindən başlayan dostluğunu son nəfəsinə qədər qoruyub saxlamışdır. Bu dəyərli alimlə tez-tez görüşər, Qərbi Azərbaycan haqqında xatirələrini dinləyərdim. O, Qərbi Azərbaycanın xüsusilə son dövr tarixini hər kəsdən yaxşı bilirdi. Çünki bu tarixin yaradılmasında İsrafil Məmmədovun da birbaşa iştirakı olmuşdu. Hər dəfə onu dinləyəndə qədim Türk sərkərdəsi Atillanın məşhur sözləri yadıma düşürdü: “Biz tarix yazmırıq, biz tarixi yaradırıq”.
İsrafil Məmmədov da tarix yaradan şəxsiyyətlərdən idi. Üstəlik, tarixi yaratmaqla qalmır, həm də onu yazırdı. “Sovet Ermənistanı” qəzetində baş redaktor işlədiyi 35 illik uzun dövr ərzində İsrafil Məmmədovun Qərbi Azərbaycanda yaşayan vətəndaşlarımızın hüququnu necə müdafiə etdiyi, onların sözçüsünə çevrildiyini, bəzən Ermənistan rəsmiləri ilə təkbaşına mübarizə apardığını hər kəs bilir. Azərbaycanlıların bu ölkədə qarşılaşdığı problemləri həll etməyə çalışmaqla yanaşı, erməni xəyanətlərini çəkinmədən qələmə alırdı. 
İsrafil Məmmədov sonradan peyda olmuş, döyüş meydanından qaçıb gendən düşmənə hərbə-zorba gələn dil pəhləvanlarından deyildi. O, hələ sovet hakimiyyətinin qılıncının dalı da, qabağı da kəsdiyi zamanlarda xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə atılmış, ermənilərin iç üzünü göstərən tarixi mənbələri Azərbaycan və rus dillərinə tərcümə etmiş, bu xidmətlərinə görə mənfur qonşularımızı xeyli qəzəbləndirmişdi. Erməni millətçiləri 1968-ci ildə İsrafil Məmmədovun bu misilsiz xidmətlərindən hiddətlənərək, yaşadığı mənzili partlatmışdılar. Xoşbəxtlikdən ailə həmin vaxt evdə olmadığından bu terror hadisəsindən sağ-salamat qurtulmuşdular. Dolayısıyla, son Azərbaycan-Ermənistan konkliktinin ilk zərərçəkmişi də İsrafil Məmmədovun ailəsidir.
İsrafil Məmmədov Azərbaycan xalqının ən ön cərgədə döyüşən əsgəri, sərkərdəsi kimi, döyüş meydanını da ən son tərk edənlərdən biri idi. Bir çoxlarından fərqli olaraq, İsrafil Məmmədov bir güllə səsi eşidən kimi başını götürüb ata yurdundan qaçmamış, İrəvanı 1990-cı ilin yanvarın 19-da tərk etmişdi. Azərbaycanla Ermənistan arasında ağır döyüşlərin getdiyi həmin vaxtlar ailəsi ilə birlikdə düşmən ölkənin paytaxtında yaşamaq hər cəsarətli oğulun işi deyildi. Qərbi Azərbaycan türkünün öz əzəli torpaqlarından çıxarılmasıyla razılaşa bilməyən İsrafil Məmmədov, nəhayət, ətrafında heç bir silahdaşının qalmadığını görmədikdən sonra, məğlubiyyətlə razılaşmalı olmuş, Azərbaycana köçmüşdür.
Milli faciələrimizə laqeyd qala bilməməsi və qaçqınlıq həyatı İsrafil Məmmədovun səhətində də ağır izlər buraxmışdır. Bakıya sığındıqdan sonra 4 qaçqın ailəsi ilə bir mənzildə yaşayan alim dəfələrlə infakt keçirmiş, görmə qabiliyyətinin 80%-ni itirmişdi. Özünün dediyinə görə, onun ürəyini param-parça edən yurd nisgili yaşamasının da əsas impulsuna çevrilmişdi. Doğma yurduna dönmədən həyatla vidalaşmaq istəməyən alim, nə yazıq ki, bu nisgilini də özüylə son mənzilə apardı.
Onun qələmə aldığı çoxsaylı hekayələri, elmi-publisistik məqalələri Qərbi Azərbaycan türkünün harayı idi. Təsadüfi deyil ki, İsrafil Məmmədovun elmi və bədii yaradıcılığı Azərbaycan rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmış, bir çox dövlət mükafatına layiq görülmüşdür. Mərhum prezident Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə Azərbaycan və Türkiyədə lentə alınan, indi də nümayiş etdirilməkdə olan 12 sənədli filmin baş məsləhətçisi, aparıcı çıxışçısı olan dəyərli ziyalımız ermənilərə qarşı psixoloji savaşda da ən güclü silahımız idi. Onun erməni dilində minlərlə məqaləsi Azərbaycan radiosunda sələndirilmişdi. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olan alimin bu əzmkar fəaliyyəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən təqdirlə qarşılanmışdır. Cənab Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədov Azərbaycan Respublikasının elm sahəsində ən yüksək Dövlət Mükafatına layiq görülmüşdür. 
Tarixçi alim, gözəl jurnalist, publisist yazar, böyük vətənpərvər olan İsrafil Məmmədovun ölümü təkcə yaxınlarının deyil, bütün Azərbaycan xalqının böyük itkisidir. O, hər birimizin kisəsindən gedən dəyərli sərvət kimi tarix boyu hafizələrimizdə yaşayacaq.
Allah rəhmət eləsin!

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərişıq”da struktur dəyişikliyi olub – FOTO

Next Post

Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post
Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Tbilisidə etirazlar zamanı saxlanılan 41 nəfər azadlığa buraxılıb

Bakıda 40 yaşlı kişi güllələnərək qətlə yetirilib

Bakıda 40 yaşlı kişi güllələnərək qətlə yetirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.