"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil verilib

26 İyun 2019 - 15:28
in CƏMİYYƏT

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 60 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim edilib.
Elchi.az Trend-ə istinadən bildirir ki, mənzillər Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilmiş yaşayış binalarından alınaraq ailələrə verilib.
Mənzillərin sənədlərinin təqdim edilməsi mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, dövlət başçısının siyasətinin ana xəttini ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi təşkil edir: “2019-cu il ərzində təqdim edilən iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın artaraq 130 manatdan 250 manata, minimum pensiyanın 72,4 faiz artaraq 116 manatdan 200 manata çatdırılması, eləcə də sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırılmasına imkan verib. Dövlət sektorunda işləyənlərin əməkhaqları, məcburi köçkünlərin, tələbələrin təqaüdləri də əhəmiyyətli şəkildə artırılıb. Həmçinin 800 min vətəndaşın problemli kreditlərlə bağlı narahatlığına son qoymaqla, bu problemin həlli ilə bağlı maliyyə yükünü dövlət öz üzərinə götürüb. Ümumilikdə, təkcə bu il təqdim edilən iki sosial paket 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olub”.
Nazir müavini qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə dövlət başçısının xüsusi qayğısı nəticəsində ötən il nəzərdə tutulandan 3 dəfədən çox olmaqla 626 mənzil bu kateqoriyalardan olanlara təqdim edilib: “Cari ildə isə azı 800 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq 60 mənzil hazırda təqdim edilir. Ümumilikdə indiyədək nazirlik tərəfindən həmin kateqoriyalardan olanlara 6714 mənzil verilib. Həmçinin ötən il 265 müharibə əlili minik avtomobili ilə təmin edilibsə, cari ildə həmin vətəndaşlara nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi planlaşdırılıb. Bu ilin ötən dövründə artıq 150 avtomobil təqdim edilib. Bununla da indiyədək 6300-dək avtomobil müharibə əlillərinə təqdim edilib”.
Mərasimdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinin bütün sahələrdə diqqət və qayğı ilə əhatə olunduqları vurğulanıb, sosial təminatlarının gücləndirilməsindən, müavinət və təqaüdlərin, pensiyaların mütəmadi olaraq artırılmasından razılıq ifadə olunub.
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri göstərilən yüksək qayğı, bu gün isə yeni və rahat mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabahın hava proqnozu açıqlanıb

Next Post

Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb

Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb

Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır

Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.