"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Orduya aşbazlar və təmizlik işçiləri götürülür

10 Oktyabr 2014 - 09:52
in GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Zakir Həsənovun bu tələbi “dedovşina”nın kökünü kəsəcəkmi?
1Ekspert Cəsur Sümərinli: “Avtomobillərin idarə olunması da mülki şəxslərə həvalə olunmalıdır”
Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsinə səfərləri zamanı hərbi hissələrdə təmizlik və mətbəx işlərinin görülməsi ilə bağlı tələblər irəli sürmüşdü. Z.Həsənov əsgərlərin aşpaz kimi çalışmasına qəti etirazını bildirərək yaşayış məntəqələrinin yaxınlığında yerləşən hərbi hissələrin komandirlərinə tapşırmışdı ki, kəndlərdə işə ehtiyacı olan qadınların əməyindən istifadə etsinlər.
Qeyd edək ki, Sovet hakimiyyəti dövründə silahlı qüvvələrdə xidmət edən hərbçilərin əməyindən istifadə edilirdi. Son dövrlərə qədər Azərbaycan hərbi hissələrində də sovet ordusundan qalan qaydalara əsasən mətbəx, o cümlədən təmizlik işləri əsgərlər tərəfindən görülürdü. Bu da orduda əməyin istismarı, “dedovşina” hallarının yayılmasına səbəb olurdu.
Əsgərlərin hərbidə məişət işləri görməsi həmişə problem olub. Hətta bir müddət öncə “Bizim Yol” qəzetinə müraciət edən Qəbələ rayonunun Zirk kəndinin sakini Məryəm Ələkbərova da oğlu Murad Yusiflini əsgərlikdə incitdiklərini demişdi. O, hərbi hissədə aşpaz olan oğlunun yuxusuz qalıb dayanmadan işləməsinə etiraz etmişdi: “Oğlum digər əsgərlərdən fərqli olaraq öhdəsinə götürdüyü aşpazlıq işinin çətinliyinə, hər gün iki-üç saat az yatmağına baxmayaraq vəzifəsini icra edir. 2 dəfə komandir tərəfindən məzuniyyət alıb. 2014-cü il mayın 9-da təmizlik işinə baxmaq üçün ayrılan əsgər (hər gün bir nəfər ayrılır) Ələkbərov işləmək istəməyib. Növbətçi zabit isə yeməkxanada olmadığından oğlum Murad Ələkbərova yeməkxananı təmizləməyin borcu olduğunu başa salmağa çalışıb. Ancaq Ələkbərov onun sözünü dinləməyib. Nəticədə mübahisə ediblər. Yüngül tutaşsalar da, heç birinə heç nə olmayıb. Komandir isə uşaqların dalaşdığını biləndə növbətçi zabitə irad bildirmək yerinə, əsgərlərin dalaşmasını böyüdüb, “milçəyi fil edərək”, əsgərləri tibbi komissiyaya göndərib”.
Məryəm Ələkbərova deyir ki, tibbi komissiya əsgərlərdə heç bir qaraltı, şiş, çapıq olmadığını aşkar edib. Ancaq iş qapanmayıb: “Hal-hazırda iş təhqiqatdan Hərbi Prokurorluğa göndərilib. Mənim övladımın təqsiri nədir? Hər gün 3 dəfə 30-40 insana yemək hazırlayır. Digər əsgərlərdən fərqli olaraq yuxudan bir saat tez durub, bir saat gec yatır.
Hər gün bir nəfər əsgər təmizlik işləri üçün ayrılır. Həmin əsgərindəmi yerinə Murad işləməlidir?!”
Bu kimi misallar göstərir ki, orduda əsgərlərin əməyindən istifadə edilməsinin nəticəsi yaxşı olmur. Bundan sonra müdafiə naziri Zakir Həsənovun yuxarıda qeyd olunan tələbinin icrası nə yerdədir?
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyir ki, nazirin tapşırığı ilə artıq bir çox hərbi hissədə təmizlik və yemək bişirmək işləri mülki şəxslərə həvalə edilib. Onun sözlərinə görə mülki şəxslər işə götürülüb: “Onlar hərbi hissədə müvafiq işləri görürlər. Hərbi qulluqçular həmin işləri görməkdən azad edilir. İş davam etdirilir. Düzdür, bəzi yerlərdə hələ də yemək bişirmək və təmizlik işlərini əsgərlər həyata keçirir. Getdikcə hərbi hissələrdə bu kimi işləri görən əsgər qalmayacaq”.
O ki qaldı prosesin nə zaman başa çatacağına, Vaqif Dərgahlı deyir ki, bu hələ bəlli deyil: “Müəyyən vaxt limiti yoxdur. Ancaq hərbi hissələrin hər birində təmizlik və yemək bişirmək işinə mülki şəxslər götürülüb. Bitənə qədər proses davam edəcək. İş intensiv olaraq davam etdirilir”.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli də deyir ki, mətbəx işlərinin mülki şəxslərə həvalə olunması halına keçilməsi müsbətdir. Çünki orduda baş verən “dedovşina” hallarının səbəblərindən biri də məhz mətbəx və təmizlik işlərinin əsgərlərə gördürülməsidir:
“Bu sovet ordu sistemindən qalma ənənə idi. Ancaq NATO sistemində mətbəx, təmizlik və sürücülük vəzifələri mülki şəxslərə verilir: “Əsgərlər arasında qeyri-nizamnamə hadisələrinin çoxu qeyd edilən istiqamətdə, xüsusən də təmizlik işlərinin aparılması və qidalanma ilə ortaya çıxır. Odur ki, orduda mətbəx işlərinin görülməsi üçün əlavə ştat yeri açıb, orada işləməyə mülki şəxsləri dəvət etmək addımı Azərbaycanda çoxdan gözlənilən idi. Belə işlərə mülki və işini bilən şəxslərin təyin olunmasının nəticəsi də müsbət olacaq”.
Ekspert düşünür ki, ancaq təkcə mətbəx işlərinin görülməsi işinin mülki şəxslərə verilməsi ilə kifayətlənmək olmaz. Təmizlik işləri və avtomobillərin idarə olunması işi də mülki şəxslərə verilməlidir: “Bu 3 istiqamət mülki şəxslərə verilsə, orduda xeyli müsbət nəticələr olar”.
Cəsur Sümərinli onu da deyir ki, orduda baş verən intihar və digər neqativ hallar müəyyən texniki, təmizlik, yeməkxana və s. işlərin görülməsi ilə bağlı yaranan münaqişələr nəticəsində baş verir: “Ona görə də bu istiqamətdə davamlı addımların atılması zəruridir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kral ölkəsindəki bakirə qızlara maaş verəcək – ÖZƏL

Next Post

AVRO-2016: Avropa çempionları uduzdu

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

AVRO-2016: Avropa çempionları uduzdu

Türkiyədə silahlı şəxslər Bingöl polis rəisini ağır yaralayıb, onun 3 köməkçisini öldürüblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.