"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Oqtay Şirəliyevin “ŞƏRİKLİYİ” Kardiologiya İnstitutunu məhv edir

22 İyul 2019 - 13:05
in FLƏŞ, MANŞET

Nazir ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib Azərbaycanda narazılığın son həddə çatdığı, insan sağlamlığını gəlir,biznes sahəsinə çevirən, qeyri-adi, bənzərsiz əməliyyatları ilə gülüş,lağ obyektinə çevrilən, Oqtay Şirəliyevin əlində oyuncağa dönən səhiyyə sistemində hər gün yeni-yeni biabırçı olaylar yaşanmaqdadır. İnsanların təkcə sağlamlığını deyil,həm də inamını məhv edən səhiyyə sistemi bir qrupun əlində girova çevrilib. Qohumbazlığın, korrupsiya və rüşvətin pik həddə çatdığı səhiyyə sistemi tənəzzülün bir addımlığındadır. Amma, O.Şirəliyev və onun “ağxalatlı mələkləri” bütöv bir sistemi təcrübə laboratoriyasına çevirməkdə davam edirlər. Oqtay Şirəliyevin səhiyyə sistemi adına növbəti biabırçılıq C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda yaşanır. Bir müddət əvvəl instituta direktor təyin olunan Gülnaz Dadaşova şərikinin qohumu kimi deyəsən rəhbərlik etdiyi sahəni məhv etməyi qarşısına məqsəd qoyub. Çünki, burada baş verənlərə nəzər saldıqda başqa cür düşünməyə imkan yeri qalmır. İlk öncə ondan başlayaq ki, G.Dadaşova vəzifəyə O. Şirəliyevin təzə qudalığının “şirinliyi” olaraq təyinat alıb. Belə ki, G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Rənglərin tündləşməsi isə əsas bundan sonra baş verib. Gülnaz xanım instituta gəlib nə gəlib. İnstituta təmir adıyla yüngülvari əl gəzdirəndən sonra(bunun üçün əməkdaşların da xərcə düşdüyü haqqında məlumatlar var) başlayıb otaqları satmağa. Hətta kişilərin tualetini də sataraq gender bərabərliyini tamamilə pozub. Təzə direktorun əsas “islahatları” isə kadr sahəsində olub. Məhz bu “islahatlar” Kardiologiya İnstitutunun altını üstünə çevirib. Özünü dövlət institutunun direktorundan çox şirkət rəhbəri kimi aparan, qorxu,xof, kollektivdə qarşılıqlı inamsızlıq, şübhə toxumları səpən, hamını hər an işdən qovulma təhlükəsi altında saxlayan G.Dadaşova tədricən öz komandasını formalaşdırıb. Aktual.az saytına verilən məlumatlara görə bu komandanın əsas simaları qəbul şöbəsinin müdiri Lətafət Eyvazova, kadrlar şöbəsinin müdiri Fatma Alxasova, II kardiologiya şöbəsinin müdiri Nailə Fərəcova, intensiv terapiya şöbəsinə yeni təyin olunmuş şöbə müdiri Təvəkkül Yusifovdur. Təzə direktorun etimadını qazanan və görən gözlərinə, vuran əllərinə çevrilən bu komanda üzvləri institutda acınacaqlı vəziyyət yaradıblar. İllərlə burada çalışan, təcrübəli, nüfuzlu mütəxəssislər səbəbsiz olaraq işdən qovulub, əvəzində Gülnaz xanımın “tələblərinə” cavab verən yeni kadrlar işə alınıblar. Təcrübəli həkimlərin işdən uzaqlaşdırıldığı institutda isə xəstələrin taleyi təcrübəsiz direktorun və Allahın ümidinə qalıb. Aktual.az saytına verilən məlumatlara görə, Kardiologiya Institutunda korrupsiya və rüşvət son həddə çatıb. G.Dadaşovanın gəlişindən sonra qiymətlər dəfələrlə bahalaşıb. Başqalarının uzun illərə əldə etdiklərini az vaxtda qazanmağı qarşısına məqsəd qoyan G.Dadaşova öz komandasına hər gün daha amansız olmağı tapşırır. Kordiologiya İnstitutu artıq sadə insanlar üçün əlçatmaz olub. Göründüyü kimi O.Şirəliyevin təzə qohumunun əməlləri Kordiologiya İnstitutunu məhvə sürükləyir. Görünür cənab nazir institutun indiyə qədərki vəziyyətindən narazı qalıbmış. O səbəbdən də ölkə səhiyyəsi ilə məhvolma sürətini tarazlaşdırmaq üçün G.Dadaşovanı buraya rəhbər təyin edib. Məhv oluruq, cənablar, görmürsünüzmü? Aktual.Az

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olub”

Next Post

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda – Monopoliya yaradır…

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda – Monopoliya yaradır…

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda – Monopoliya yaradır…

Bakcell “Facebook” üzərindən müraciətlərin cavablandırılmasında yüksək nəticə göstərib

Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərməkdə davam edir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.