"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD komandanından atasına zəng: “Darıxma, tezliklə Rusiyaya hücuma başlayırıq…”

10 Oktyabr 2014 - 17:30
in DÜNYA

1“İslam Dövləti”nin (İŞİD) silahlı dəstələrinin komandanı, əslən Gürcüstanın Pankisi dərəsindən olan “Ömər çeçen” ləqəbli Ömər əl-Şişaninin atası ilə sensasion telefon danışığı əldə edilib.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Virtualaz.org saytı xəbər verir ki, “Bloomberg” agentliyi əsl adı Tarxan Batiraşvili olan əl-Şişaninin İraqın Mosul şəhərinin İŞİD qüvvələri tərəfəfindən ələ keçirilməsindən sonra hələ də Pankisi kəndlərindən birində yaşayan, milliyyətcə gürcü olan yaşlı atasına zəng etdiyini yazıb.

Telefon zəngi barədə agentliyin müxbirinə əl-Şişaninin atası, milliyyətcə gürcü olan Temur Batiraşvili danışıb.

Bu telefon zəngində əl-Şişani deyib: “Darıxma, ata, narahat olma, mən evə qayıdacam və ruslara göstərəcəm. Mənim ardımca minlərlə adam gələcək, mən daha çox adam cəlb edəcəm. Biz Rusiyadan qisas alacağıq”.

“Bloomberg” qeyd edir ki, 1986-cı ildə Pankisidə anadan olan əl-Şişani hazırda İraq və Suriyada böyük ərazilərə nəzarət edən İŞİD qüvvələrinin komandiridir. Qruplaşmada “xəlifə” əl-Bağdadidən sonra ikinci adamdır, faktiki olaraq İŞİD-in hərbi komandanıdır. Onun tabeçiliyi altında Pankisi kəndlərindən onlarla gənc döyüşür.

Tarxan Batiraşvili-Ömər əl-Şişani

Tarxan Batiraşvili milliyyətcə gürcü olsa da bir neçə il əvvəl qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib, həbsxanada İslamı qəbul edib və azadlığa çıxandan az sonra Suriyaya yollanıb. O, özünə “Ömər əl-Şişani” adı götürüb, “Ömər çeçen” kimi məşhurdur və İŞİD-in ən amansız komandirlərindən biri kimi tezliklə məşhurlaşaraq rütbəsini yüksəldib.

Gürcüstanın Pankisi dərəsi Çeçenistanla sərhəddir və Rusiya Tiflisi bu ərazidə radikal yaraqlıların fəaliyyətinə şərait yaratmaqda ittiham edir. Ramzan Kadırovdan qaçan çeçen yaraqlılarının bir qismi bu bölgəyə yerləşib. Gürcüstan hüquq-mühafizə orqanları Pankisi dərəsində müxtəlif illərdə bir neçə dəfə antiterror əməliyyatları həyata keçirib.

Lakin bir çox analitiklər əl-Şişaninin növbəti hədəfin Rusiya olacağı və onun minlərlə tərəfdarının Şimali Qafqaza hücum edəcəyi haqda xəbərdarlığını real hesab etmirlər. Çünki əl-Şişaninin ordusu İraqdan, yaxud Suriyadan Rusiyaya, Şimali Qafqaza hücum etmək üçün Türkiyə və İrandan, o cümlədən Azərbaycandan keçib getməli olardı.

Lakin digər tərəfdən, əl-Şişaninin xəbərdarlığının Rusiyanın özündə İŞİD tərəfdarlarını səfərbər etmək hesabına baş verə biləcəyi ehtimalı da nəzərdən qaçırılmır. Hazırda İŞİD-in sıralarında yüzlərlə Rusiya vətəndaşı döyüşür.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DİN İqbal Ağazadəyə silah verməkdən imtina etdi

Next Post

Davudoğlunun dili topuq vurdu – (Video)

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Davudoğlunun dili topuq vurdu - (Video)

Nazarbayev MDB-nin inkişafı üçün yeni konsepsiya təklif etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.