"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

88 ölkədən Bakıya gələn olimpiadaçı istedadların rəqəmsal sponsoru “Azercell”

01 Avqust 2019 - 15:05
in CƏMİYYƏT

Lider mobil operator Azərbaycanın ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəstək olur

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

İnformasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə nüfuz etdiyi dövrdə cəmiyyətin rəqəmsal savadının artırılmasını öz fəaliyyətinin ən prioritet istiqamətlərinin birinə çevirən Azercell Telekom növbəti təşəbbüslərlə çıxış etməyə davam edir. Bu il paytaxt Bakıda keçiriləcək dünyada kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu yarışlardan hesab olunan 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell şirkəti İstedadların Rəqəmsal Sponsoru qismində təmsil olunacaq. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin edəcək. 

Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edir.

1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Bundan əvvəl Olimpiada dünyanın 30-a yaxın ölkəsində baş tutmaqla Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və s. şəhərlərində keçirilib.  Bu il ölkəmizdə  baş tutacaq Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün  Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri qeydiyyatdan keçmişdir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları müxtəlif illərdə 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıb.

Xatırladaq ki, Azercell Telekom yarandığı vaxtdan ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də, ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsinə xüsusi proqramlar, yerli və beynəlxalq müsabiqələr səviyyəsində öz dəstəyini göstərməkdə davam edir. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cəlilabad sakini günvurmadan ölüb

Next Post

Keçmiş MTN rəisinin 7 milyonluq mülkləri əlindən alınıb – FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Keçmiş MTN rəisinin 7 milyonluq mülkləri əlindən alınıb – FOTO

Keçmiş MTN rəisinin 7 milyonluq mülkləri əlindən alınıb – FOTO

“17 yaşlı qızın intiharının səbəbləri araşdırılır” – Prokurorluq

“17 yaşlı qızın intiharının səbəbləri araşdırılır” – Prokurorluq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.