"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“PAŞİNYAN MÜHARİBƏ İSTƏYİR” – “Artıq danışıqların imitasiyasına belə əsas yoxdur”

07 Avqust 2019 - 13:28
in SİYASƏT

Paşinyanın Xankəndidəki son bəyanatı daxili siyasətə yox, daha çox xarici auditoriyaya aiddir. Onun məqsədi Azərbaycanın bu və ya digər formada reaksiyasını öyrənməkdən ibarətdir. Paşinyanın əsas niyyəti odur ki, hərbi əməliyyatları bərpa edib öz məqsədlərinə nail olsun. Hesab edirəm ki, bu bəyanatın əsas ünvanı məhz Azərbaycandır. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın keçmiş Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Paşinyanın Xankəndidə dedikləri çox vacib bəyanatdır və hesab edirəm ki, bununla danışıqlar prosesi çox kobud şəkildə pozulub, artıq danışıqlar üçün heç bir əsas qalmayıb. Təəssüf ki, Ermənistan rəhbərliyi öz siyasəti ilə iki ölkəni müharibəyə aparır. İndi müharibənin heç bir alternativi yoxdur, çünki Azərbaycan dövləti və ictimaiyyəti çoxdan başa düşüb ki, Ermənistan tərəfi danışıqlar yolu ilə torpaqları qaytarmaq niyyətində deyil.

Bir məsələni də xüsusi qeyd etmək lazımdır ki, Ermənistanın xaricdə olan havadarları da artıq danışıqların imitasiyasını bundan sonra apara bilməyəcəklər. Biz çoxdan bu prosesə inanmırdıq. Artıq nəinki danışıqların özünə, hətta onların imitasiyasına belə əsas yoxdur”, – keçmiş baş diplomat söyləyib.

T.Zülfüqarovun sözlərinə görə, Paşinyan əslində Qarabağda yeni hərbi əməliyyatların başlamasında və bundan öz planlarının icrası üçün istifadə etməkdə maraqlıdır:“Paşinyan yaxşı başa düşür ki, Moskva onu tərəfdaş olaraq qəbul etmir. Onun çoxsaylı cəhdləri var idi ki, Rusiya ilə əlaqələr qursun. Təcrübə göstərdi ki, Putin onu tərəfdaş kimi qəbul etmir və onunla əlaqələr qurmaq niyyətində deyil. Bunun əksinə olaraq müxalifətdə olan liderləri Rusiya açıq şəkildə dəstəkləyir. Bu istiqamətdə Köçəryanla bağlı olan məsələni yada salmaq olar. Buna görə də Paşinyanda və hazırkı hökumətdə müharibə olacağı təqdirdə Rusiyanın onlara kömək edib-etməyəcəyi ilə bağlı ciddi şübhələr yaranır. Onlar indi başa düşürlər ki, bu köməkdən danışmaq artıq mümkün olmayacaq.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Paşinyan Qərbin də onu qəbul etmədiyini görür. Qərbin yeganə şərti onun Rusiyanın himayəsindən çıxıb, özünə doğru yönəlməsindən ibarətdir. Yalnız bundan sonra onlar Ermənistana hər hansısa maddi kömək və yatırım edəcəklər. Bu baxımdan sıxılmış vəziyyətdə qalan Paşinyan istəyir ki, hərbi əməliyyatlar bərpa olunsun. Bunun nəticəsindən asılı olmayaraq, o, Rusiyanın İrəvanı satdığını deyəcək və indi bütün ermənilərin Qərbə tərəf getməsi gərəkdiyini bəyan edəcək. Bu hərəkətlə o, iki məqsədinə nail olacaq. İlk olaraq erməni baş nazir Rusiyanın təsirindən çıxıb, Qərbə yön almaq siyasətini aktiv şəkildə gerçəkləşdirəcək, digər tərəfdən isə daxildə olan rusiyayönlü müxalifəti satqınçılıqda ittiham edə biləcək. Artıq bu ssenari həyata keçirilir. Paşinyan bu bəyanatlarla Azərbaycanı savaşa təhrik edir və məqsədi də bu hərbi əməliyyatlarla Rusiyadan Qərbə siyasi dönüşü təmin edə bilməkdir”.

Bununla belə, T.Zülfüqarov Qərbin Ermənistana hansısa vədlər verməsinin Mnatsakanyanın Vaşinqton səfərləriylə əlaqədar olmadığını deyib: “Mövcud prosesə zəmin yaradan əsas məqamlardan biri Boltonun səfəri olub. Bolton Ermənistanda olanda açıq-aşkar bəyanatlar verdi. Bu bəyanatlarla birmənalı şəkildə onu demək istəyirlər ki, Rusiyanın himayəsindən çıxsanız, sizi qəbul edərik, əks təqdirdə həm Rusiyadan təhlükəsizlik qarantı, həm də Qərbdən maliyyə köməyinin istənilməsi qəbuledilməzdir. Bu məsələ iki stulun üstündə oturmaq kimi bir şeydir. Məhz buna görə Qərb İrəvanı qəbul etmir. Eyni zamanda Rusiyanın özünün də indiki hakimiyyətdən şübhələri çoxdur. Bu baxımdan Ermənistanın indiki mərhələdə siyasətinin əsas problemi bundan ibarətdir. Məhz ona görə bu bəyanatlar verilir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb

Next Post

İntim görüntülərlə məmura böyük məbləğdə şantaj… – Azərbaycanda şok cinayət

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İntim görüntülərlə məmura böyük məbləğdə şantaj… – Azərbaycanda şok cinayət

İntim görüntülərlə məmura böyük məbləğdə şantaj... - Azərbaycanda şok cinayət

Azərbaycanda intihar etmiş 17 yaşlı qızların erkən nikaha məcbur edilmələri faktı araşdırılır

Azərbaycanda intihar etmiş 17 yaşlı qızların erkən nikaha məcbur edilmələri faktı araşdırılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.