"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda intihar etmiş 17 yaşlı qızların erkən nikaha məcbur edilmələri faktı araşdırılır

07 Avqust 2019 - 14:32
in CƏMİYYƏT

Bir ay ərzində Zaqatala və Cəlilabadda iki 17 yaşlı qızın intiharı faktı qeydə alınıb. Onların erkən nikaha məcbur edilidiyi iddia olunub və bu addımı ona görə atdıqları bildirilib. 

BAKU.WS
 modern.az-a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bir ay ərzində bir neçə analoji faktın baş verməsinin təəssüf doğurduğunu bildirib:

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

“Yetkinlik yaşına çatmayan qızların intihar və intihara cəhd faktlarının araşdırılması məqsədilə regionlarda monitorinq komissiyaları vasitəsilə nəzarət davam etdirilir. Eyni zamanda, onların ailə üzvləri, yaşadığı ünvandakı qohumları, tanışları tərəfindən məlumatların toplanması istiqamətində işlər aparılır. Hüquq-mühfaizə orqanları, Daxili İşlər Nazirliyi və Prokurorluq orqanları tərəfindən cinayət araşdırmalarının tətbiqi işləri davam etdirilir. Bütün özünəqəsdlərlə bağlı Cinayət Məcəlləsinin125-ci maddəsi, özünü öldürmə həddində çatdırma ilə bağlı cinayət işləri açılıb. Hazırda istintaq işləri davam etdirilir”.

E.Səfərov deyib ki, 17 yaşlı qızların intiharında erkən nikaha məcburetmə faktı öz təsdiqini taparsa, əlavə cinayət işləri da açılacaq:

“Belə olan halda, Dövlət Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 176.1-ci maddəsi, qadını nikaha daxil olmağa məcburetmə ilə bağlı əlavə cinayət işi açılması vacib hesab ediləcək. Bu halların araşdırılmasında hüquq mühafizə orqanlarının mövqelərinin tətbiqi vacibdir. Eyni zamanda, psixoloqların və sosial işçilərin proseslərə cəlb edilməsi vacibdir ki, ailələrdəki digər uşaqlara təsirləri minimum dərəcədə olsun. Hazırda bu məsələ ilə bağlı prokurorluğun rəyini gözləyirik”.

Şöbə müdirinin sözlərinə görə, bu il ərzində qəbul ediləcək Milli Uşaq Strategiyasının fəaliyyət planı və Məişət Zorakılığının Qarşısının Alınmasında Milli fəaliyyət planı layihələrinin qəbul edilməsi planlaşdırılır:

“Bu halların aradan qaldırılması üçün tədbirlər nəzərdə tutulub. Təəssüf ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da nikaha məcbur etmə halları yaşanır. Problemin qarşısının alınması üçün koordinasiyalı şəkildə işlər aparılmalıdır. Əsas məsələ vətəndaşlarda formalaşan stereotiplərin dəyişdirilməsi istiqamətində fəaliyyət daha da gücləndirilməlidir”.

Komitə rəsmisi erkən nikaha məcbur etmənin ziyalı ailələrində də qeydə alındığını vurğulayıb:

“Bakı həm ziyalılıq səviyyəsinə, həm ali təhsil alanların sayına görə öndədir. Amma Bakıda da erkən nikaha məcur etmə halları var. Amma monitorinqlər göstərir ki, erkən nikaha məcburetmə təhsil səviyyəsi aşağı və yüksək olan ailələrdə də qeydə alınır”. 

E.Səfərov ümumilikdə bu kimi hallarda KİV-lərin üzərinə də böyük məsuliyyət düşdüyünü qeyd edib:

“Bəzi hallarda intihar edənin, intihara cəhd edib sağ qalanın fotoları, ünvanları mətbuatda göstərilir. Bunlar həmin şəxsin ailə üzvlərinin sonrakı həyatı üçün də problemlə çevirilir. Media nümayəndələri şərti adlardan istifadəyə önəm verməlidirlər. Onların fotolarının açıq şəkildə mətbuatda yayımlanması yolverilməzdir. Biz həmişə mətbuat nümayəndələrinə çağırış etmişik ki, fotoların verilməsi zamanı üzün bağlanması, adların şərti verilməsi, kəndin adının qeyd edilməməsinə diqqət etsinlər. Bu, həmin ailənin müdafiə edilməsinə yönəlib. Bəzi ailələrdəki uşaqlar intihara cəhd etsə də, sağlam qalıb. Mətbuat nümayəndələri onun şəkillərini yayırlar, intervyu alırlar. Bu, heç bir halda düzgün deyil. Bu artıq insan hüquqlarının pozulmasıdır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər bir şəxs insanların şəxsi həyatının toxunulmazlığının pozulmasına görə məsuliyyət daşıyır”.

Qeyd edək ki, qadını nikaha daxil olmağa məcbur etmə faktına görə, Cinayət Məcəlləsinin 176-1maddəsində cəza tədbirləri nəzərdə tutulub.

Bu maddəyə görə, qadını nikaha daxil olmağa məcbur etməyə görə, iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə – üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İntim görüntülərlə məmura böyük məbləğdə şantaj… – Azərbaycanda şok cinayət

Next Post

“FORTİS ACADEMY” ödənişsiz abituriyent hazırlığı təklif edir

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
“FORTİS ACADEMY” ödənişsiz abituriyent hazırlığı təklif edir

“FORTİS ACADEMY” ödənişsiz abituriyent hazırlığı təklif edir

Yük avtomobili Emin Ağalarovun bacısının olduğu “Bentleyi”vurdu (FOTO)

Yük avtomobili Emin Ağalarovun bacısının olduğu "Bentleyi"vurdu (FOTO)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.