"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bacısını yad kişi ilə tutdu və dəhşətli cinayət törətdi – Şok təfərrüat

07 Avqust 2019 - 16:56
in HADİSƏ

Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü, 3-cü qrup əlil Əli Əliyevin Ali Məhkəmədə şikayətinə baxılıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Teleqraf.com xəbər verir ki, Əli Əliyev həmkəndlisi, Cəlilabad rayonu Sərhədabad kənd sakini Nemət Astanovun kənddə ailəsi ilə yaşayan bacısı Aynurə ilə intim münasibətdə olmaq niyyətini hiss edib.

Bu səbəbdən 4 aprel 2017-ci il tarixdə Aynurənin əri gecə növbəsində olduğu zaman onlara gedib. Bir neçə saat onlarda olduqdan sonra, gecə yarısı – saat 2-də bacısının evindən çıxıb.

Bu zaman Əli Əliyev Nemət Astanovun öz yaşadığı evin həyətində olduğunu və onu görəndə gizləndiyini müşahidə edib. Həmin gecə onun bacısıgilə gedəcəyini, ərinin evdə olmamasından istifadə edərək bacısı ilə intim münasibətdə olacağını düşünüb.

Əli Əliyev Nemət Astanovu öldürmək qərarına gəlib.

Bu məqsədlə yaşadığı evə gedərək həyətdəki yarımtikilidən məişət təyinatlı bıçağı götürüb və birbaşa bacısı Aynurənin yaşadığı evin həyətinə qayıdıb.

Həyətdə olduğu zaman tövlənin qarşısından səs eşidərək həmin yerə gedib. Nemət Astanovun tövlənin qarşısındakı asma tavanın altında dayandığını və əlindəki alışqanın işığını evin pəncərəsinə tərəf yandırıb-söndürdüyünü görüb.

Əli Əliyev Nemət Astanova yaxınlaşaraq yaxasından tutub və gecə vaxtı bacısının evinin həyətinə gəlməsinin səbəbini soruşub. Nemət Astanov ona cavab verməyib.

Əli Əliyev ona nalayiq ifadələrlə söyərək, tövlənin sol kənarına çəkib. Orada gödəkçəsinin cibindən bıçağı çıxararaq əvvəlcə Nemət Astanovun qarın nahiyəsinə bir zərbə vurub. Müqavimət göstərən Nemət Astanovu arxası üstə yerə yıxıb. O, Nemətin üzərində oturaraq bıçaqla onun döş qəfəsinə, kürək nahiyəsinə xəsarətlər yetirib.

Ümumilikdə 29 ədəd bıçaq xəsarəti alan Nemət Astanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Cinayəti törədən gənc polisə gedərək təslim olub və törətdiyi cinayəti etiraf edib.

İstintaq orqanı tərəfindən Əli Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da yüngül cəza təyin edilməsini xahiş edib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi Elman Astanov da apelyasiya şikayəti verib. O, qeyd edib ki, qardaşı Nemət Astanov həmkəndlisi Əli Əliyev tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib: “Cinayət işinin istintaqını Cəlilabad rayon prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor Nurlan Rahmanov aparıb. İstintaqın gedişində bir çox kobud hüquq pozuntularına yol verilməklə qətldə iştirak edən digər bir qatil üzə çıxarılmayıb. Müstəntiq əsas şahid Toğrul Qasımovun ifadəsini dəyişdirib.

Toğrul Qasımov ifadəsində qətl zamanı Əli Əliyevin bacısı Aynurəni taxta parçası ilə döyərək evinə saldığını, meyitin yanından ikinci bir şəxsin qaçdığını, meyitin yanında taxta parçasının olduğunu, meyitin su ilə islanmış vəziyyətdə olduğunu bildirib. Məhkəmə prosesi zamanı da bu hal aydınlaşdırılmayıb”.

Tərəflərin şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Rafiq Cəfərovun sədrliyilə baş tutan prosesdə tərəflərin şikayətləri araşdırılıb.

Araşdırmanı aparan hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bu qərardan narazı qalan Əli Əliyev kasasiya şikayəti verib. O, kasasiya şikayətində işinə ədalətli baxılması ilə baxılmasını istəyib.

Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin kasasiya şikayəti təmin edilməyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gündən Rusiya və Türkiyə arasında viza rejimi qismən ləğv edilir

Next Post

Zelenski Putinlə Donbasdakı durumu müzakirə edib

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Zelenski Putinlə Donbasdakı durumu müzakirə edib

Zelenski Putinlə Donbasdakı durumu müzakirə edib

Ukraynada azərbaycanlı gənc öldürülüb

Ukraynada azərbaycanlı gənc öldürülüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.