"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisində bahalı nömrələri kim satır? – AÇIQLAMA

08 Avqust 2019 - 17:58
in CƏMİYYƏT

“Adından da görünür ki, bu, məhz dövlət qeydiyyat nişanıdır və o, heç bir halda digər şəxslər tərəfindən bir-birinə satıla bilməz”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevavtosfer.az-a müsahibəsində bahalı nömrələrlə bağlı sualı cavablandırarkən deyib.

O, qeyd edib ki, artıq 8 ilə yaxındır ki, “Dövlət rüsumu haqqında” qanuna edilmiş dəyişikliyə əsasən, nömrələrdə əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə dövlət qeydiyyat nişanlarının satışı həyata keçirilir.

Bu da rəqəmlərin, hərflərin kombinasiyasından asılı olaraq 500-2500 manat arasında dəyişir: “O ki qaldı bir çox portallarda, avtomobil alq-satqısı ilə məşğul olan saytlarda müxtəlif dövlət qeydiyyat nişanlarının astromonik qiymətlərlə satışının həyata keçirilməsinə, bu, sadəcə diqqət cəlb etmək üçündür.

Orada elə nömrələrə elə qiymətlər qoyurlar ki, həmin nömrə neçə müddətdir qalıb bizdə, heç 500 manat rüsum ödəyib alan yoxdur. Amma həmin 500 manatlıq nömrəni onlar 5, 10, 12 min manata satışa qoyublar. Biz vaxtilə bu elanlarala bağlı araşdırma da aparmışıq.

O nömrələrin əksəriyyətinin sahibinin onun satışından xəbəri də yoxdur. Biz həmin nömrələr təhkim olunmuş nəqliyyat vasitəsinin sahibi ilə əlaqə saxlamışıq, deyib ki, mənim məlumatım yoxdur. Bəziləri isə deyib ki, bir neçə il əvvəl maşını satmaq istəmişəm, qiyməti ilə maraqlanıblar, amma indi maşını yox, nömrəsini satışa çıxarıblar.

Bu gün hamı başa düşməlidir ki, əgər nömrə mənim avtomobilimə təhkim olunubsa, mən yalnız avtomobilimi bu nömrə ilə sata bilərəm. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsi satılanda satanın istəyi və alanın da razılığı ilə dövlət qeydiyyat nişanı satdığı şəxsdə də qala bilər, yaxud satan şəxsin digər avtomobilinə də keçirilə bilər. Ona görə də o qiymətə nömrəni qoyanlar əslində avtomobili satanlardır. Sadəcə, avtomobillə kimsə maraqlananda deyir, 50 minə avtomobil satırsan, bu qiymətə dəyməz. O saat fikrini dəyişir ki, elə 20 min bunun nömrəsidir. Bunu kim təyin edir? Satan özü.

Nəqliyyat vasitəsi qeydiyyatdan çıxdıqda isə dövlət qeydiyyat nişanı mütləq Baş Dövlət Yol Polisi İdarəsinə, yaxud, regionlarda digər qeydiyyat-imtahan şöbələrinə təhvil verilməldir. Bəzən də görürsüz, kimsə deyir ki, mən bu nömrəni vermişəm, nömrə mənimdir, bron etmişəm, amma mənim nömrəmi sonradan kiməsə veriblər. Bilmək lazımdır ki, qanunvericilikdə nəqliyyat vasitəsinin təhvil verilmiş dövlət qeydiyyat nişanının saxlanılması və həmin şəxsə məxsus olması ilə bağlı heç bir müddəa yoxdur. Yəni bu gün təhvil verilmiş dövlət qeydiyyat nişanı sabah başqa şəxsin nəqliyyat vasitəsinə təhkim oluna bilər”. (Qaynarinfo)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şənbə günü havanın temperaturu 37 dərəcəyədək artacaq

Next Post

Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək

Rusiya MiQ-29 təyyarəsinin axtarışında iştirak edəcək

37 yaşlı azərbaycanlı məmur qəfildən öldü

37 yaşlı azərbaycanlı məmur qəfildən öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.