İŞİD üzvləri Kobanidəki evləri tək-tək axtarır
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD Kobanidə qapılarını qıra bilmədikləri evlərin divarlarını partladaraq içəri daxil olur. Yayılan videoda atışma səsləri də susmaq bilmir. Kobaninin küçələrində gedən atışmalar, videoda öz əksini tapıb.
Bundan öncə Kobanidəki hadisələrin yalnız təsviri və uzaq məsafədən fotoları yayılırdı. Bu video Kobanidə çəkilmiş ilk video olaraq bilinir. İŞİD terrorçularının bu videonu təbliğat məqsədi ilə yaydıqları deyilir.