"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rasim Balayevin səhhətində ciddi problem yaranıb

11 Oktyabr 2014 - 21:10
in MƏDƏNİYYƏT

Xalq artisti Rasim Balayevin səhhətində son illər ciddi problemin olduğu mətbuatda dönə-dönə 81161qeyd olunsa da bu müddətdə ona kömək edən olmayıb. Tanınmış kino aktyoru şəkər xəstəliyindən əziyyət çəkir.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

“Qafqazinfo” xəbər verir ki, Rasim Balayevin ayağında yaranan kiçik yara şəkəri olduğundan bir qədər də ciddi fəsada yol açıb. Hətta aktyor ötən il bununla bağlı Türkiyədə bir müddət müalicə də alıb.

Artıq bir neçə aydır ki, aktyorun səhhəti onu yenidən narahat etməyə başlayıb. “Şərq” qəzetinin müxbiri Rasim Balayevin hazırkı durumu ilə maraqlanıb. Öyrənmək istəyib ki, görəsən, aktyor özünü indi necə hiss edir.

Rasim Balayev suala belə cavab verib:

“Səhhətimdə ciddi problemlər yaranıb. Bu da məni narahat edir. Hazırda həkimə gedirəm. Böyük mənada müalicəyə imkanım olmasa da məni müalicə edən həkimin ofisinə gedirəm. Nə deyim ki?! Ağrıyıram, şəkər mənim digər orqanlarıma da təsir etməyə başlayıb. İndi mən bu barədə nə danışım ki?! Deyim ki, siz Allah, mənə kömək edin?! Axı bu, mənə yaraşmaz. Mənim kimi aktyorun indi problemini dilə gətirib nəsə deməsi sədəqə ummağa bənzəyər. Ona görə də heç nə danışmaq istəmirəm. Ölərəm, ondan sonra məndən yazıb danışarlar. Deyərlər ki, hə, belə sənətkar idi…”

Rasim Balayevin bu qədər küskün danışması adamı təsirləndirməyə bilməz. Axı onun sözlərində həqiqət var idi. Bizdə sənətkara çox zaman ölümündən sonra qiymət verirlər. Yəqin elə o da bunu nəzərdə tutur və belə deiyr:

“Mən hələ ki, sağam. İnşallah, öləndən sonra hamı üçün maraqlı olacam. Bizdə öləndən sonra onun barədə danışmaq, ölən haqqında veriliş hazırlamaq-filan dəbdi. Sağlığında sənətkarların bir çoxu yada düşmür. Nə deyim ki?! Mənim səhhətim göz qabağındadır. İmkanım qədər müalicə alıram. Amma xaricə gedib orada xəstəxanada yatmağa imkanım yoxdur. Ailəm var. Onların da ehtiyacları var. Başqa gəlir yerim də yoxdur. Təqaüd alıram, vəssalam. Prezident təqaüdündən başqa evimə gəlir də gəlmir. Hardan gəlsin ki?! İş var işləyim? Mən bu vəziyyətimdə də işləməyə razıyam. Təki iş olsun. O da yoxdur. Mən öləndən sonra neyləyirəm desinlər ki, filankəs yaxşı, istedadlı aktyor, sənətkar idi. Mən ki sağlığımda o diqqəti görmürəm. Mən öləndən sonra qəbrimin daşına diqqət göstərsələr, nə fayda?!”

Maraqlıdır, iş yoxdur deyəndə yəni aktyora son illər heç bir rejissor rol təklif etməyib?

Rasim Balayev bildirdi ki, bəzi rejissorlardan arada seriala çəkilmək, filmdə oynamaq üçün rol təklifi gəlib. Ancaq xalq artisti bu təklifləri qəbul etməyib:

“Arada olub ki, filmə, seriala dəvət ediblər. Ancaq məni qane etməyib. Səhnə üçün, tamaşaçı üçün, kamera qarşısında obraz yaratmaq üçün çox darıxmışam. Amma mənə uyğun obraz, məni qane edən ssenari olmadığından təklifləri rədd etmişəm. Mənim yaratdığım elə böyük, xarakterik obrazlardan sonra bu gün təklif olunan primitiv obrazları oynamaq düzgün olmaz. Bu, mənə yaraşmaz. Yaxşı, xarakterik obraz, mənə uyğun ssenari təklifi gəlsə, çox sevərək razı olaram.

Şəkər məni əsəbi edib. Amma həm də işsizlik mənim əsəblərimi korlayıb. İş olsa, başım qarışardı, fikrim dağılardı. Baxın Qərb aktyorlarına, onlar yaşlı olanda da onlara maraqlı obrazlar təklif edirlər, potensiallarını göstərirlər. Bizdə isə bir balaca 40-ı keçdin, səni atırlar qocaların siyahısına. Axı mənim bundan sonra da yaratmaq, işləmək, potensialımı göstərmək imkanım var. Nə isə… Nə deyim? Mən bircə iş istəyirəm. Mənə iş təklifi gəlsin, çalışım. İstədiyim budur. Nə qədər ömrüm qalıb – bilmirəm. Amma içimdə olan yaradıcılıq aclığını doldurmaq istəyirəm. Çəkiliş meydançası üçün çox darıxmışam”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bir söz demədən evdən çıxıb və geri qayıtmayıb

Next Post

“Sarkisyan rədd ol!” (VİDEO)

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

“Sarkisyan rədd ol!” (VİDEO)

İran və Rusiya qərb valyutasından niyə imtina edir...

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.