"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənilərdən soruşdum ki, akkreditasiyanı kimdən almısınız”?

27 Sentyabr 2019 - 14:24
in SİYASƏT

Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun illik toplantısı ən həssas siyasi toplantılardan biridir. Çünki insan hüquqları və insan indeksinin ölkələrdəki vəziyyətini analiz edir. İclasların 5 günü çox önəmlidir, ona görə ki, fikir və söz azadlığı, demokratiya, birləşmək, toplaşmaq azadlığı, jurnalistlərin təhlükəsizliyi mövzuları ətrafında müzakirə aparılır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Gənc Vətəndaş” İctimai Birliyinin icraçı direktoru Günel Səfərova deyib.Onun sözlərinə görə, ölkələrin nümayəndələri öz hesabatlarını təqdim edir, eləcə də Avropa Birliyi dövlətləri müxtəlif ölkələrdəki araşdırmaları açıqlayır.
Vətəndaş cəmiyyətinin nümayəndəsi kimi toplantıda iştirak etdiyini deyən Günel Səfərova qeyd edib ki, çıxışında jurnalistlərin təhlükəsizlik məsələlərinə toxunub: “Sözsüz ki, Ermənistan varsa, Dağlıq Qarabağ məsələsi də gündəmə gətirməli idi. Maksimum 4 dəqiqə çıxışa icazə verilir və səsləndirilən fikrə etiraz varsa, hansısa ölkə özünün rəy vermə hüququndan istifadə edir. İngiliscə çıxış elədim, söz azadlığı haqda danışdım, mövcud problemlərə toxundum”.
Günel Səfərova çıxışı zamanı Qarabağa qanunsuz səfərlərə də diqqət yönəltdiyini söyləyib: “Dağlıq Qarabağa səfər edən Avropa Şurasının və ATƏT-in üzv ölkələrin jurnalistlərinin hansı akkreditasiya qaydasına əməl etdiklərini soruşdum. İki il öncə də bu barədə sual ünvanlamış, amma cavab almamışdım. Bilirsiniz ki, qanunvericiliyimizə və Helsinki aktına əsasən jurnalistlər işğal altına olan Azərbaycan torpaqlarına səfər edərkən Xarici İşlər Nazirliyindən akkreditasiya əldə etməlidirlər. Qarabağ Azərbaycan ərazisi kimi tanınır və ölkəmizə keçmək üçün bizdən icazə alınmalıdır”.
Bu il ünvanlandığı suala Ermənistan tərəfindən cavab alıb-ala bilmədiyinə gəlincə, Günel Səfərova hesab edir ki, bu məsələni hökumət nümayəndələri qaldırmalı və ciddi müzakirə təşkil etməli idi: “Ermənilərin cavabı bu oldu ki, onların söz azadlığı məsələsi var. Ermənistanda iki il öncə hakimiyyət təmsilçiləri başqa idi. Ermənistan hökumətinin təmsilçiləri bu toplantıya çox hazırlıqlı gəlmişdi. Çıxışımdan və ermənilərin cavabından sonra rəy vermək hüququm yox idi. Amma Azərbaycan hökumət nümayəndələri rəy verə və deyə bilərdilər ki, sizin özünüzün qəbul etdiyiniz qətnaməyə görə, ərazi bütövlüyü məsələsi digər hüquqlardan üstündür. Təəssüf ki, qeyd olunmadı. Mən kənardan müdaxilə etsəm belə rəsmi qeydiyyata düşməyəcəkdi. Azərbaycanda beynəlxalq aktları daha dərindən bilən şəxslər var, yaxşı olardı ki, bu toplantıda onların iştirakı təmin olunardı. Jurnalist Seymur Kazımov və Mərkəzi Seçki Komissiyasının nümayəndəsindən başqa ermənilərə faktla cavab verən olmadı”.
QHT sədri vətəndaş cəmiyyəti sektorunda 2014-cü ildə qəbul olunan qanundan sonra beynəlxalq və yerli təşkilatların işləmə mexanizminin mürəkkəbliyinə də diqqət çəkdiyini qeyd edib.
O bildirib ki, beynəlxalq təşkilatın yerli QHT-lərlə qrant müqaviləsi varsa, beynəlxalq təşkilat özü Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirməli, hesabatını da Maliyyə Nazirliyinə göndərməlidir: “Prosedur çətin olduğundan beynəlxalq təşkilat xidməti müqavilə ilə işləyir, bu isə vətəndaş cəmiyyətinin inkişafına təkan vermir. Vətəndaş cəmiyyəti sektoru böyük maliyyə ilə işləmək təcrübəsi yığmadığına görə, irimiqyaslı layihələrdə iştirak etmək hüququndan məhrum olur”.
Azərbaycanda siyasi məhbus məsələsinin bu və ya digər şəkildə həll olunduğunu deyən Günel Səfərova vurğulayıb ki, siyahıda onun üçün də mübahisəli məqamlar var: “Bəzi insanlar var ki, dini radikal qrupun üzvü olduğuna görə tutulub, amma onu siyasi dustaq kimi qələmə verir. Mənə görə isə siyasi məhbus deyil”.
QHT sədri qeyd edib ki, əvvəlki illərlə müqayisədə hesabatlarda ölkəmiz əvvəlki illərdəki kimi qınaq obyekti deyildi: “Arzu edirəm ki, yalnız institutlar deyil, dəyərlər də inteqrasiya olunsun ki, Azərbaycanın adı hesabatlarda hallanmasın”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Cahandar Bayoğlu: “ATD öz sərhədləri daxilində bütün xalqların mili-mədəni haqlarını tanıyacaqdır”

Next Post

İranı bir sutkaya çökdürməyin yolu tapıldı – İsrailin əlindəki gizli silah nədir

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
İranı bir sutkaya çökdürməyin yolu tapıldı – İsrailin əlindəki gizli silah nədir

İranı bir sutkaya çökdürməyin yolu tapıldı - İsrailin əlindəki gizli silah nədir

Azərbaycana qoyulan investisiyalar 260 milyard dolları keçib

Azərbaycana qoyulan investisiyalar 260 milyard dolları keçib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.