"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda “Xəzəri qoruyaq!” adlı kütləvi ekoloji aksiya keçirilib – FOTO

24 Sentyabr 2019 - 18:47
in XƏBƏR LENTİ

21 sentyabr tarixində Beynəlxalq Sahilyanı Təmizlik Günündə ölkənin nüfuzlu şirkətləri, dövlət qurumları, müxtəlif təşkilat və yüzlərlə könüllülərin iştirakı ilə keçirilmiş “Xəzəri qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizlənib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Coca-Cola”, “Bakcell”, “PAŞA Bank” şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, ASAN Könüllülük Məktəbinin təşkilatçılığı, həmçinin, Azərbaycan RespublikasınınDövlət Reklam Agentliyinin, ABŞ-ın və Avropa İttifaqına üzv ölkələrin səfirliklərinin, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilmiş aksiya çərçivəsində 700-dən çox insan sahilyanı ərazini 3 tona yaxın tullantıdan təmizləyib.

“Xəzəri qoruyaq!” aksiyası çərçivəsində toplanılmış tullantıların bölgüsü belədir: 1815 kq qida qalıqları, tikinti materialları və şüşə, 211 kq plastmas, 30 kq karton və kağız, 15 kq sellofan torba.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi hər il 21 sentyabr tarixini Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir ki, iştirak edir.

“”Coca-Cola” bütün dünyada aktual olan məişət tullantıları probleminin həllində fəal rol oynayır. Azərbaycanda artıq 9 ildir ki, çoxsaylı tərəfdaşlarımız ilə birlikdə Xəzər dənizinin sahillərini hər il çimərlik mövsümü bitdikdə məişət tullantılarından təmizləyərək, insanları ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırırıq. Çox şadıq ki, Azərbaycan bu beynəlxalq hərəkatda hər il fəal iştirak edir və bu yolla biz, ölkəmizin, Xəzər dənizimizin daha təmiz olmasına töhfəmizi vermiş oluruq.” – deyə “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.

“Hər il daha çox insanın, xüsusilə də gənclərin fəal şəkildə bu ekoloji aksiyaya qoşulduğunu müşahidə edirik və bu fakt bizi sevindirməyə bilməz. Bu tədbir sadəcə ekoloji aksiya deyil, həm də rəngarəng proqramı ilə böyük bir bayramdır. “Bakcell” şirkəti qarşıdakı illərdə də bu böyük layihəyə dəstək verməyə hazırdır.” deyə “Bakcell” şirkətinin PR və Korporativ kommunikasiya departamentinin rəhbəri Süheylə Cəfərova vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bu tip layihələrin gənclərin inkişafına verdiyi töhfəni vurğulayıb: “Hər ötən il aksiyaya qatılan könüllülərin sayı durmadan artır. Builki aksiyaya 500 “ASAN könüllüsü”nün qatılması gənclərin ekoloji layihələrə marağının artmasının bariz nümunəsidir. Ekoloji layihələrin gənclərin həm də sosial məsuliyyətli fərd kimi formalaşmasında xüsusi yeri var. Bu layihə sayəsində gənclər öz üzərilərinə düşən məsuliyyəti dərk etmiş olurlar.”

“Xəzəri qoruyaq!” şüarı altında Buzovna çimərliyində keçirilən aksiya çərçivəsində təxminən 3 tona yaxın tullantı qismən emala göndərilib, qalan hissəsi isə Balaxanı poliqonuna göndərilib. Hər il çimərlik mövsümünün sonunda gənclərin, şirkət əməkdaşlarının, onların ailə üzvlərinin iştirakı ilə keçirilən sahilyanı təmizlik aksiyası ölkədə ekoloji durumunun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ edir. Bütün aksiya iştirakçıları təşkilatçılar tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunub.

Qeyd edək ki, Azərbaycanda son 9 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektara yaxın ərazisi 35ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq “Ocean Concervancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan sərhədində ŞOK – Hərbçini bıçaqlayan şəxsi belə tutdular – VİDEO

Next Post

Dmitri Peskov: “Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Dmitri Peskov: “Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər”

Dmitri Peskov: "Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər"

Putinin NATO ölkələrinə göndərdiyi təklifin mətni açıqlanıb

Putinin NATO ölkələrinə göndərdiyi təklifin mətni açıqlanıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.