"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakıda zirehli avtomobil sürən “avtoş” peyda olub – FOTO

09 Oktyabr 2019 - 16:29
in CƏMİYYƏT

Bakıda zirehli avtomobillə gəzən yeni “avtoş” peyda olub.
“Report”un xəbərinə görə, ötən həftə həmin 90-TS-770 dövlət qeydiyyat nişanlı zirehli avtomobil Heydər Əliyev prospektində qəza vəziyyəti yaradıb.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, həmin avtomobili idarə edən Kənan Davudzadə adlı şəxsdir. Onun idarə etdiyi avtomobilin qabaq hissəsində yerləşən dövlət qeydiyyat nişanı isə tam olaraq görünmür. Belə ki, dövlət qeydiyyat nişanı alt hissəyə yerləşdirilib.
Ekspertlər bildirir ki, belə avtomobillər çox iri olduğu üçün paytaxt küçələrində təhlükə saçır, yəni onlar digər sürücülər üçün qəza vəziyyəti yaradır.
K.Davudzadə sosial şəbəkədə idarə etdiyi bu cür avtomobillərin bir çox fotolarını da paylaşıb. Hətta şərh bölməsində zirehli texnikanın “əsl şəhər maşını” olduğunu da qeyd edib.
Məsələ ilə bağlı “Report”a açıqlama verən yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisi əməkdaşları K.Davudzadəni saxlayandan sonra geri çəkilirlər: “Azərbaycanın atributları olan nömrənin, bir detalın sadəcə üzüaşağı vurulmasının nə demək olduğunu anlamıram. Həmin sürücünü saxlayan yol polisi əməkdaşları ondan sanki qorxurlar. Sürücü həmin vaxt kameranı işə salır və polis əməkdaşları da geri addım atıb, onu yola verirlər. Doğurdanmı yol polisi sistemində bir savadlı inspektor yoxdurmu ki, çıxıb Kənan Davudzadənin qanun pozduğunu sübut eləsin? Mən indiyə qədər dəmir “bufer”li “Nissan Patrol” markalı avtomobil görməmişəm. Heç “Nissan” şirkətinin belə maşın istehsal etdiyini də görməmişəm. Bu, əlavə avadanlıqdır, konstruksiya dəyişikliyidir. Bildiyim qədəri ilə də yol polisində həmin avtomobilin bu vəziyyətdə sürülməsi qeydiyyata alınmayıb. Bu avtomobil “offroad” tipli nəqliyyat vasitəsi kimi qeydiyyata alınsaydı, onların mütəmadi olaraq şəhərdə sürülməsi nəzərdə tutulmur”.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

E.Muradlı deyib ki, dəmir zirehli avtomobillər sırf dağ-dərə, yarış üçün nəzərdə tutulur: “Lakin bu şəxs göründüyü kimi, paytaxt küçələrində həmin avtomobili idarə edir. Kənan Davudzadə sürücü kimi digərlərinə qayda-qanun dərsi keçməyə çalışır. Amma özünün isə belə kobud hərəkətlər etməsi anlaşılan deyil. Avtomobillərdə dəmir “bufer”lər plastikə baxanda çox təhlükəlidir. Məsələn belə avtomobillər qəza zamanı piyadanı vurarsa, dəmir onu kəsib doğraya bilər, plastik isə bir o qədər də təhlükəli deyil, insana az xəsarət yetirir. Dəmir “bufer”in avtomobilə yerləşdirilməsinin hansı funksiyanın yerinə yetirməsi də məlum deyil”.
Onun sözlərinə görə, Kənan Davudzadənin idarə etdiyi zirehli avtomobillə bağlı ciddi araşdırma aparılmalıdır: “Polis əməkdaşları həmin sürücünü saxlayıb, yoxlamalıdır, onun hansı qayda pozuntusu etməsini də sübut etmək lazımdır. Belə olmaz axı, çıxıb qayda-qanundan danışır, özü isə həmin qaydanı kobud şəkildə pozur. Bu da başqalarına pis nümunə olur. Başqa şəxslər də fikirləşir ki, “əlimizə bir kamera alaq, düşək şəhərin küçələrinə, yol polisi də bizi saxlamayacaq”. Necə ki, hazırda yol polisi əməkdaşları Kənanı saxlamırlar, onu görəndə uzaqlaşırlar. Yol polisi əməkdaşları ondan qorxmurlar, sadəcə kameraya düşmək istəmirlər. Hətta bir neçə inspektor Kənanı görəndə qaçıb gizlənir. Mənim bildiyimə görə, Kənan Davudzadə qayda pozduğu üçün ona cərimə də yazılıb. Yol polisi əməkdaşları ona qayda pozuntusu törətdiyini sübut da ediblər. Lakin Kənan həmin videogörüntünü sosial şəbəkədə yaymayıb. Nədənsə o, özünə sərf edən videogörüntüləri yayır”.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev “Report”a bildirib ki, faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xüsusi şərtlərlə pensiya təyinatı avtomatlaşdırılacaq

Next Post

Bakıda 8 nəfər supermarketin mühafizəçisini döyüb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakıda 8 nəfər supermarketin mühafizəçisini döyüb

Bakıda 8 nəfər supermarketin mühafizəçisini döyüb

Beyləqanda döyülərək yol kənarına atılan 18 yaşlı qız xəstəxanada öldü

Beyləqanda döyülərək yol kənarına atılan 18 yaşlı qız xəstəxanada öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.