"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

220-dək cinayətkar Azərbaycana ekstradisiya olunub

16 Oktyabr 2019 - 17:57
in CƏMİYYƏT

Ədliyyə Nazirliyi beynəlxalq cinayət hüququnun qədim institutlarından olan cinayət törətmiş şəxslərin təslim edilməsinə – ekstradisiyasına dair bir sıra dövlətlərlə müqavilələr bağlayıb.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Nazirlikdən APA-ya bildirilib ki, MDB çərçivəsində müvafiq konvensiyalar üzrə əməkdaşlıq edilir. Eyni zamanda, Azərbaycan 50 dövlət tərəfindən ratifikasiya olunmuş “Ekstradisiya haqqında” 1957-ci il tarixli Avropa Konvensiyasının iştirakçısı olmaqla Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətli qurum kimi həmin dövlətlərlə səmərəli əməkdaşlıq edir.

Bildirilib ki, qeyd olunan sənədlərə əsasən, həyata keçirilən əməkdaşlıq çərçivəsində son dövrdə 220-dək cinayətkar şəxslərin Azərbaycana ekstradisiya edilməsinə nail olunub.

Avropa Şurası tərəfindən “Ekstradisiya haqqında” Avropa Konvensiyasına dair Dördüncü Əlavə Protokol qəbul olunub.

Qeyd edilib ki, Avropa məkanında cinayətkarların təslim edilməsində səmərəliliyin və operativliyin artırılmasına, ekstradisiya prosedurunun müasir dövrün tələblərinə adaptasiya olunmasına, bəzi bürokratik əngəllərin aradan qaldırılmasına, o cümlədən sənədlərin elektron qaydada göndərilməsinə, tranzit prosedurunun sadələşdirilməsinə xidmət edən Protokolun müstəsna əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.

“Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində oktyabrın 15-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.

Mərasimdən sonra ədliyyə nazirinin və Baş katibin görüşü olub.

Görüşdə nazir M.Buriçi AŞ-nın 70 illiyinin qeyd olunduğu ildə fəaliyyətə başlaması münasibətilə təbrik edib, Azərbaycan və Avropa Şurası arasında sıx əməkdaşlıqdan bəhs edib, birgə həyata keçirilən layihələrin səmərəsini vurğulayıb, ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə-hüquq sistemində islahatların yeni mərhələdə davam etdirildiyini qeyd edib.

Söhbət zamanı Avropa Şurası ilə əməkdaşlıqda qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi, infrastrukturun müasirləşdirilməsi və elektron məhkəmənin tətbiqi, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimi və tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və həmin Məhkəməyə təlim səfərlərinin təşkili təqdir olunub.
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Ermənistanın torpaqlarımıza davam edən hərbi təcavüzü və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat verilib”, – deyə məlumatda qeyd edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda ən yüksək maaş verən sahələr açıqlandı

Next Post

Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşə bilərlər

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşə bilərlər

Azərbaycan və Ermənistan XİN başçıları Slovakiyada görüşə bilərlər

Azərbaycanda yeni agentlik yaradılır – Fərman

Azərbaycanda yeni agentlik yaradılır - Fərman

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.