"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Böyük xəyal qırıqlığına uğrayacaqsınız”

17 Oktyabr 2019 - 11:39
in SİYASƏT

Qüdrət Həsənquliyev: “Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, NATO Parlament Assambleyasının Londonda baş tutan payız sesiyası necə keçdi?

– Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olandan sonra tərəflərin bir-birinə marağı qarşılıqlı olaraq azalıb. Hətta Londondakı səfirimiz belə ilk dəfə idi ki, gözə dəymədi. Halbuki o, Çexiyada səfir olanda NATO Parlament Assambleyasının Praqada keçirilən iclasında yanımızdan əl çəkmirdi.

– Bəlkə xəstə imiş və ya ola bilsin başqa vacib işi olub…

– O halda mən fikir bildirməzdim. Parlament Assambleyasının iclasları keçirilən zaman səfir ənənəvi qaydada əhvalı yaxşı, qabağına keçənə, daha çox özünə ləzzət edən, haradansa öyrəndiyi primitiv lətifələrdən bir-ikisini danışıb, adi iş günlərini yaşayırmış.
Assambleyada qəbul olunan hesabatlarda Gürcüstan və Ukraynadan fərqli olaraq nə bizə, nə də neytrallığını elan etmiş Moldovaya ciddi dəstək ifadə olunmur.
PA-nın iş prinsipinə gəldikdə isə əsas müzakirələr bir qayda olaraq komitələrdə keçirilir. Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində Məlahət xanım çox fəal iştirak etdi. Mən isə Siyasi Komitənin iclasında iştirak etdim. Təəssüf ki, nümayəndə heyətinin digər üç üzvü Londona səfər edə bilmədiyindən biz digər üç komitədə keçirilən müzakirələrə qatıla bilmədik. Müzakirələrinə mənim də qatıldığım əsas məsələlər isə Rusiya, Türkiyə, Çin, Əfqanıstan, Şimali Afrika ilə bağlı idi. NATO Parlament Assambleyasının nə qədər ciddi siyasi institutut olması barədə nəsə demək artıqdır. Biz o cür yüksək tribunalardan ünvanımıza yönələn ittihamlara cavab vermək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün maksimum dərəcədə faydalanmalıyıq.

– Qüdrət bəy “fit müxalifəti”nə Lökbatanda mitinq keçirilməsi üçün yer ayrılsa da onlar icazəsiz aksiya keçirəcəklərini bəyan ediblər.Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

– Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Mitinqin təşkilatçıları da bunu görür, xalqın onlara dəstək verməyəcəyindən əmin olduqları üçün Lökbatana getməkdən imtina edirlər. Özünüz fikirləşin, 10 minlərlə insan onların çağırışına cavab verib Lökbatana getmək üçün Azneftin, yaxud FHN-nin qarşısındakı dayanacaqlara toplanıb avtobus gözləsə, avtobus olmasa piyada Lökbatana yürüş etsə daha effektli olmazmı? O zaman iqtidar bunun qarşısını alarsa haqlı olaraq həm cəmiyyətin, həm beynəlxalq birliyin ciddi təpkisi ilə üzləşər. Çünki Lökbatana yol iki istiqamətdən mümkündür. Yoxsa icazəsiz aksiya keçirib qarşıdurma yaratmaq, kiminsə həbsinə səbəb olmaq daha effektli olar? Aksiyaya icazə verilməsəydi bu başqa məsələ. Mənə elə gəlir ki,onlar icazəsiz aksiya keçirməklə özlərinin “payız kompaniyası”nı hələ başlamamış yekunlaşdıracaqlar. İndiyədək bu tipli qərarları çox olub.
Mən üzümü narazı insanlara tutub deyirəm ki,kimin arxasınca getdiyinizin fərqində olun. Onlardan xarici və daxili mafioz qüvvələr islahatları durdurmaq üçün istifadə edir. Onlara elə məqamda elə tapşırıqlar veriləcək ki, böyük xəyal qırıqlığına uğrayacaq, siyasi proseslərdən uzun müddətə uzaqlaşacaqsınız. Rüstəm İbrahimbəyovun prezidentliyi məsələsində olduğu kimi. Xalqımızın isə indiki tarixi dönəmdə fəal vətəndaşlara çox böyük ehtiyacı var. Ailənizi və özünüzü mənasız mərhumiyyətlərlə üz-üzə qoyub kimlərinsə oyunlarında iştirak edib, sivil təkamül prosesinə və ermənilərin arzuladığı formada ölkənin beynəlxalq imicinə zərbə vurmayın.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat – Bir qadın saxlanılıb

Next Post

Bakıda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Bakıda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb

Bakıda baş verən dəhşətli qətllə bağlı cinayət işi başlanıb

“Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil” – Baş neonatoloq

“Heç bir sahə, eləcə də tibb sahəsi arzulanan səviyyədə deyil” – Baş neonatoloq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.