“İslam Dövləti” terror təşkilatının yaraqlıları Suriyanın Kobani şəhərindən Türkiyə ərazisinə keçiblər. Trend-in
məlumatına görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti xəbər verib.
məlumatına görə, bu barədə Türkiyənin “Milliyet” qəzeti xəbər verib.Məlumata əsasən, terrorçular döyüşlərin davam etdiyi Kobanidən Türkiyə-Suriya sərhədindəki minalanmış əraziyə soxulublar.
Məlumatda o da qeyd olunur ki, bu, “İslam Dövləti” terrorçularının sərhədi açıq şəkildə keçdiyi ilk haldır.
Türkiyə ordusunun sərhəd pozuntusuna reaksiyası haqqında məlumat verilmir.
“İslam Dövləti ” (əvvəllər “İraq və Şam İslam Dövləti”) 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxildir.



