"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İsrailin Bakıya qoşun yeritmək planı üzə çıxdı – (məxfi əməliyyat)

14 Oktyabr 2014 - 11:04
in GÜNDƏM

İsrail Müdafiə Nazirliyinin yəhudiləri evakuasiya etmək üçün Bakı da daxil olmaqla bir neçə keçmiş sovet şəhərinə qoşun yeritmək planı üzə çıxıb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

10650 (1)Virtualaz.org saytı xəbər verir ki, 90-cı illərin əvvəllərində hazırlanan və bu vaxta qədər tam məxfi saxlanılan əməliyyat planı barədə İsrailin “Makor Rişon” qəzeti yazır.

Məqalədə bildirilir ki, Sovet İttifaqının dağılmaqda olduğu bir vaxtda baş qaldıran mütəşəkkil poqromların yüz minlərlə yəhudinin öldürülməsinə səbəb olacağından ehtiyatlanan İsrail SSRİ ərazisindən 2 milyon yəhudinin qısa müddət ərzində evakuasiyası üçün hərbi əməliyyat planı hazırlayıb. Bu plana görə, SSRİ ərazisinə qısa müddət ərzində minlərlə İsrail xüsusi təyinatlı əsgəri desant kimi endirilməli, “Hercules” hərbi nəqliyyat təyyarələrindən, “cip”lərdən və sovet avadanlıqlarından istifadə olunmalı idi.

İsrail ordusunun tank korpusunun keçmiş komandiri, planın hazırlanmasında iştirak edən Ami Moraq deyir ki, onlar ordunun qarşısına qoyulan vəzifənin asan olmadığını dərk edirdilər.

“Lakin İsrail Hərbi-Hava Qüvvələrinin bu vəzifəni yerinə yetirmək imkanları var idi. Biz vaxtilə Entebbe aeroportuna (“Mossad”ın 70-ci illərdə Uqandada girovları azad etmək üçün keçirdiyi məşhur əməliyyat-red.) enməyi bacarmışdıq” – zabit deyir.

Uqandada əsir götürülən yəhudilər

Qəzetin yazdığına görə, məxfi hərbi planı baş nazir İshaq Rabinin rəhbərliyi ilə İsrail hökuməti hazırlayıb. Planın kod adı ivrit dilində “Du-Ofan” (“İkitəkərli”) idi. Bu ad müşavirə iştirakçılarından birinin məxfi toplantıya motosikllə gəlməsindən götürülmüşdü.

Yüksək məxfilik şəraitində planın hazırlanmasına rəhbərlik edənlərdən biri olan briqada generalı Ami Moraq deyir ki, həmin müşavirədə baş nazir İshaq Şamir bildirib: “…Mən hakimiyyətdən gedənə qədər ikinci Holokostun baş verməsinə yol verə bilmərik. İsrail dünyanın harasında olursa olsun, yəhudiləri qorumalıdır, hətta əlimizə silah almalı olsaq da…”

Girovları xilas edən İsrail kommandosları

Zabit danışır ki, baş nazirin tapşırığı ilə məxfi hərbi əməliyyat planı hazırlandı: “Tamamilə aydın idi ki, əgər əməliyyat Moskva və Leninqrad kimi iri şəhərlərdə, yaxud kənd yerlərində keçirilsəydi, situasiya fərqli olacaqdı. İri şəhərlərdə infrastruktur daha yaxşı idi və bizim qüvvələrimiz oralarda yəhudilərin evakuasiyasını təşkil etməli idi. Lakin kənd yerlərində yəhudiləri qətliamdan qorumaq o qədər də asan olmayacaqdı”.

Planın digər iştirakçısı, istefada olan polkovnik Yefrem Laor isə deyir ki, onlar Sovet İttifaqından yəhudilərin evakuasiyasını olduqca qısa müddətdə həyata keçirmək tapşırığı almışdılar.

Yefrem Laor

“Biz bu əməliyyatla bağlı hər hansı sərhədlər cızmağa çətinlik çəkirdik, çünki hər şey baş verə bilərdi. Yəhudi etik kodeksi bu cür əməliyyatda işə yaramayacaqdı” – deyə Y.Laor bildirir.

Qəzet yazır ki, 80-cı illərin sonlarında, 90-cı illərin əvvəllərində Qorbaçovun başlatdığı yenidənqurmadan sonra sovet imperiyası dağılma əlamətlərini büruzə verməyə başladı. Həmin illərdə SSRİ-nin şəhərlərindən bəzilərində divarlara antisemit şüarlar da görünməyə başladı. SSRİ-nin bir çox yerlərində, o cümlədən Qafqaz və Mərkəzi Asiyada artıq etnik zəmində münaqişələr alovlanırdı. Bu münaqişələr birbaşa yəhudilərə toxunmasa da İsraildə SSRİ ərazisində yaşayan yəhudilərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar baş qaldırmışdı.

Belə vəziyyətdə İsrail müdafiə naziri Moşe Arens sovet yəhudilərini mümkün təhlükədən qorumaq üçün hərbi planının hazırlanması üzərində işə başlamışdı. Baş nazir İshaq Şamir daha sonra plana rəhbərliyi şəxsən üzərinə götürdü.

İshaq Şamir

“Azərbaycan o vaxt ən təhlükəli region hesab olunurdu” – deyə Ami Moraq xatırlayır.

Keçmiş zabit deyir ki, plana əsasən Azərbaycandan yəhudilərin evakuasiyası Türkiyə üzərindən baş verməli idi: “Biz Türkiyənin Trabzon şəhəri yaxınlığında kiçik ərazi götürməli və oradan dəniz yolu ilə evakuasiyanı həyata keçirməli idik. Bununla belə biz nəzərə alırdıq ki, evakuasiya əməliyyatında İsrailin hərbi-dəniz birliklərinin iştirakı mümkün deyil, ona görə də biz havadan da işləməli idik. Plana görə, bizim təyyarələrimiz Azərbaycanın təkcə aeroportlarına deyil, müxtəlif yerlərinə enməli idi”.

Keçmiş zabit deyir ki, o, həmin plana daxil edilmək üçün bəzi peşəkarların adlarını baş nazirə təqdim edib. Lakin baş nazir planının yüksək məxfilik şəraitində qalmalı olduğunu deyərək əlavə adamların cəlb edilməsinə qarşı çıxıb.

“Yüksək məxfiliklə əlaqədar olaraq biz demək olar ki, heç kimlə məsləhətləşə bilmirdik. Təsəvvür edin ki, 3-5 nəfərdən ibarət qrup oturub öz-özünə danışır və İsrail xalqının taleyi ilə bağlı qərarlar qəbul edir.Və bu qəbul edilən qərardan heç kimin xəbəri olmur” – Ami Moraq deyir.

Məxfi plan əsasında İsrail agentləri keçmiş SSRİ ərazisinə göndərilib və onlar yəhudilərin sıx yaşadığı yerlərin xəritələrini, evakuasiya planlarını, evakuasiya zamanı nə qədər ərzağın, dava-dərmanın, odeyalın, içməli suyun tələb olunacağını dəqiqləşdiriblər. Plana görə, SSRİ ərazisindən 2 milyona yaxın yəhudini 6 ay ərzində evakuasiya edib İsrailə daşımaq nəzərdə tutulmuşdu. Bu zaman İsrail xüsusi təyinatlılarının yerlərdə döyüş əməliyyatları aparması riski də nəzərə alınmışdı.

Sovet yəhudiləri

A.Moraq deyir ki, onlar əməliyyat zamanı bütün üsullardan, o cümlədən yerli məmurların imtina edə bilməyəcəyi puldan istifadə etməyə hazırlaşmışdılar.

Lakin planla bağlı çoxlu suallar da olub. Keçmiş zabit deyir ki, ilk növbədə kimin yəhudi olduğunu dəqiqləşdirmək lazım idi. Çünki kütləvi evakuasiyadan istifadə edib yəhudi olmayanların da İsrailə köçə biləcəyi nəzərə alınmışdı.

Digər məsələ isə İsrail əsgərlərinin yaradacağı evakuasiya düşərgələrinin mühafizəsi ilə bağlı idi.

“Bu da o demək idi, biz minlərlə silahlı əsgəri Sovet İttifaqının ərazisində yerləşdirməli, yerli yəhudilərin mühafizəsini onlara həvalə etməli idik. Digər tərəfdən, bu, SSRİ kimi nəhəng dövlətin suverenliyinin kobud şəkildə pozulması demək olardı. Birdən rus, yaxud ukraynalı əsgərlər bizim düşərgəni mühasirəyə alsaydı, nə edəcəkdik?” – A.Moraq deyir.

Əməliyyat planına dair müzakirələrin sonunda qərara alınıb ki, özü-özünü müdafiə edə bilən əlahiddə hərbi kontingent formalaşdırılsın. Bu kontingent hava, dəniz və quru yolu ilə SSRİ ərazisinə daxil olsun.

Plana görə, İsrail xüsusi təyinatlıları Azərbaycana Xəzər dənizindən və Türkiyə üzərindən daxil olmalı idi.

“Əlbəttə, bölgənin İrana yaxınlığını nəzərə alaraq biz olduqca ehtiyatlı olmalı idik” – A.Moraq bildirir.

Planın hazırlanması gedişində A.Moraq və həmkarları müxtəlif adlar altında SSRİ-yə göndəriliblər.

“Mən Leninqradda, Odessada, Kiyevdə və Bakıda oldum. Mənə yerli yəhudilərlə təmas qurmaq qadağan edilmişdi. Sadəcə olaraq səyahət edirdim və fotolar çəkirdim, məsələn, dəmiryol stansiyalarının və ictimai binaların şəkillərini” – deyə keçmiş zabit xatırlayır.

Planın iştirakçılarından Yefrem Laor da SSRİ ərazinə kəşfiyyat üçün göndərilib. O deyir ki, həmin dövrdə ayrı-ayrı halları nəzərə almasaq, SSRİ əhalisi arasında yəhudilərə qarşı düşmənçilik yox idi. Buna baxmayaraq ikinci Holokostun baş verməsi istisna deyildi.

Bütün incəliklər nəzərə alınmaqla plan işlənib hazırlansa da 1992-ci ildə, SSRİ-nin dağılmasının artıq baş verməsindən sonra İsrail rəhbərliyi yəhudilərin xilası üçün ordudan istifadəyə ehtiyacın olmadığını görüb general Moraqın və digərlərinin yer aldığı komandanı buraxıb.

Lakin keçmiş sovet respublikalarının bir çoxuna İsrail agentləri göndərilib və onlar yəhudiləri xilas etmək üçün yerli bandalarla işləyiblər. Məsələn, Gürcüstanın Abxaziya bölgəsində münaqişə başlayanda iki tərəf arasında qalan yəhudilərin xilas edilməsində İsrail agentləri əsas rol oynamışdı.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əvəz Zeynallının həbsinin 3 ili tamam oldu

Next Post

“Erməni xalqı öz hakimiyyətinin apardığı siyasətin əsiridir”

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Erməni xalqı öz hakimiyyətinin apardığı siyasətin əsiridir”

Azərbaycanda dərs ilinin müddəti uzadılmayacaq - RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.