"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda!

09 Yanvar 2020 - 15:31
in CƏMİYYƏT

Əlverişli xidmət Azercell Telekom tərəfindən PAŞA Bank və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə əməkdaşlıqda təqdim edilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Yeni ilin başlanğıcı lider mobil operator Azercell Telekom-un yeni rəqəmsal xidmətinin istifadəyə verilməsi ilə əlamətdar oldu. Bu da cəmiyyətin rəqəmsallaşması və maliyyə sahəsinin rəqəmsallığa ahəngdar keçidi istiqamətində əhəmiyyətli bir dönüş oldu. Belə ki, 8 yanvar 2020-ci il tarixindən etibarən Azercell-in PAŞA Bank və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə birgə həyata keçirdiyi “Mobil Ödəmə” xidməti bütün fakturasız xətt  (SimSim)  abunəçiləri üçün mümkün olacaq.

Azərbaycan Respublikası Prezidentinin ölkədə “Rəqəmsal Ödənişlərin Genişləndirilməsini üzrə Dövlət Proqramı” ilə bağlı sərəncamına uyğun olaraq hazırlanmış yeni xidmət abunəçilərə nağd puldan istifadə etmədən mobil telefon vasitəsilə ödəmə əməliyyatlarını həyata keçirmək imkanı yaradacaq. İstənilən GSM smartfonunda rahat və intuitiv istifadə fürsəti yaradan “Mobil Ödəmə” xidmətindən yaralanmaq mümkündür.

Xidmətin ilk mərhələsində Azercell-in faturasız xətt abunəçilərinin su, elektrik enerjisi, istilik kimi kommunal xidmətlər, eləcə də, E-İmza, AzDataCom, Catel və Azeronline kimi rabitə xidmətləri üçün ödəniş etmək imkanı olacaq.

Fakturasız xətt (SimSim) abunəçiləri bu xidmətdən Azercell-in “KABİNETİM” mobil əlavəsi vasitəsilə yararlana bilərlər. Bu xidməti aktivləşdirmək üçün abunəçi “KABİNETİM” əlavəsində qeydiyyatdan keçərkən müvafiq şərtləri qəbul etmək üçün elektron müqavilə imzalamalıdır.

Əlavə etmək lazımdır ki, xidmətdən nömrənin balansında 3 AZN-dən artıq məbləğ olduğu halda istifadə etmək mümkündür. Birdəfəlik maksimal ödəniş isə 50 AZN məbləğində müəyyən edilib. Minimal ödəniş həddi xidmət təchizatçısı tərəfindən müəyyən edilir. Eyni zamanda bir ay ərzində ödənişlərin ümumi həcmi 500 AZN-dən artıq  olmamalıdır.

Qeyd edək ki, “Mobil Ödəmə” Xidmətinin həyata keçirilməsi üçün mobil operator və bank arasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təşkil edilən platfroma yaxın gələcəkdə “Mobil Ödəmə” layihəsi çərçivəsində xidmətlərin sayının genişləndirərək xidmət spektrinin artırılması və digər servislərdən istifadə üçün şərait yaradacaq.

 “Mobil Ödəmə“ xidmətinin əhəmiyyətindən bəhs edərkən Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev qeyd etdi: “Rəqəmsal həlləri daha da əlçatan etməyi hədəfləyərək biz bütün abunəçilərimizin gündəlik həyat prosesləri və biznes əməliyyatlarını asanlaşdırmaq, onları daha rahat və sürətli etmək məqsədilə innovativ məhsul çeşidlərini genişləndiririk. “Mobil Ödəmə xidməti gələcəyin rəqəmsal cəmiyyətinin qurulmasına istiqamətində atılan ən vacib addımlardan biridir.”

“Rəqəmsal” bank konsepsiyasını inkişaf etdirən PAŞA Bank son bir neçə ildə müştərilərin biznes tələbatlarını qarşılamaq üçün onlarla birgə hazırlanmış yeni onlayn məhsul və xidmətləri fəal şəkildə bazarda tətbiq etməyə başlayıb. Ölkədə nağdsız ödənişlərin həcminin artmasına əhəmiyyətli töhfə verəcək bu xidmət, müştərilər arasında yüksək tələbatlı maliyyə alətinə çevriləcək. Aparıcı banklarından biri olan PAŞA Bank müştərilərin mobil maliyyə xidmətlərinə tələbatını tam şəkildə qarşılayaraq, Azərbaycanda bu xidmətlərin inkişafına öz töhfəsini verəcək ” – deyə,  PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya direktoru Cavid Quliyev bildirib.

“Mobil Ödəmə” Xidməti bank və mobil şəbəkələrin birləşməsindən istifadə edərək maliyyə xidmətləri təklif edən rəqəmsal yanaşmadır. Bu, istifadəçilərə ənənəvi prosedurlardan keçmədən bank əməliyyatlarını asanlıqla həyata keçirməyə və yaxın gələcəkdə nəqliyyat xidmətləri, satınalmalar, balansın artırılması və digər xidmətlər üçün ödəniş etməyə imkan yaradacaq.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda 4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G və test rejimində 5G texnologiyası, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dövlət Komitəsi zorakılığa məruz qalan uşaqların əlamətlərini açıqlayıb

Next Post

İranda sərnişin təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
İranda sərnişin təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU

İranda sərnişin təyyarəsinin qəzaya uğradığı anın VİDEOSU

Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxıb

Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.