Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu KDP və Cəlal Talabaninin lideri olduğu KYB partiyalarının üzvlərinin İŞİD-lə neft alveri etdiyi məlum olub.
ANS PRESS-in məlumatına görə, onların Kərkükdə İŞİD ilə xam neft ticarəti və neft qaçamalçılığı etdikləri iddiasıyla saxlanıldığı bildirilir. Kürdistan Regional Rəhbərliyinin hüquq-mühafizə oraqanları tərəfindən saxlanıldığı bildirilən partiya mənsublarına qarşı cinayət işi açılıb.
Saxlanılanların sayı və kimliyi barədə hər hansı bir şərh verilməsə də Bərzaninin partiyasından yüksək vəzifəli fünksionerlərin adının bu işdə hallanmadığı bildirilib. Kürd millət vəkili Heme Saleh İŞİD-lə neft ticarəti edən şəxsləri terroru maliyyələşdirməkdə ittiham edərək, onların sərt şəkildə cəzalandırılmasını tələb edib.




