"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Arif Ləzimzadənin reytinqi sürətlə qalxır-80 saylı İmişli-Beyləqan seçki dairəsindən müstəqil namizəd

23 Yanvar 2020 - 13:52
in SİYASƏT

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər yaxınlaşdıqca bölgələrdə namizədlərin  seçkiqabağı təşviqat kampaniyası daha gərginxarakter alır. Seçki fəallığı ilə müşahidə olunan belə dairələrdən biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsidir.
Dairədən müstəqil namizəd kimi qeydə alınan Arif Ləzimzadə seçkiqabağı təşviqata start verilən gündən seçiciləri ilə bir sıra görüşlər bkeçirmişdir. İmişlidə kolxozçu ailəsində anadan olub, burada boya-başa çatmış və yerli əhalinin yaxından tanıdığı Arif Ləzimzadənin təbligat kampaniyası elə ilk gündən çox böyük maraqla qarşılanmış, onunla görüşlərə yüzlərlə insan toplaşmışdır.Hər görüşündən öncə kəndlərdəki şəhid və qarabağ əlillərinin ailələrinə,pensiyada olanyaşlı, kimsəsiz insanlarabaş çəkən namizəd A.Ləzimzadə əhalinin bu təbəqəsinin sosial-məişət şəraiti, qarşılaşdıqları problemlərlə maraqlanır və onların qeydiyyatını aparır. 
Yerlərdə keçirilən görüşlərdə də namizəd  ilk sözü seçicilərə veririr, onların istəkləri, qayğı və problemlərini dinləyir. Beyləqan rayonunun Qaralar, Qaradağlı və Qəhrəmanlı kəndlərində keçirilən görüşdə el ağsaqqalları,zəhmətkeş insanlarnamizədlə görüşdən sonrabildirmişlər ki, onlar bu seçkilərdə məhz Arif Ləzimzadəyə səs verməkdə qərarlıdırlar: “İnanın, insanlar Milli Məclisdə yeni simalar, daha enerjili, təşəbbüskar, xalqın qeydinə qalan, vətənpərvər  şəxsiyyətlər görmək istəyirlər. Prezidentimiz də bunu deyir, çünki İlham Əliyev bizim səsimizi eşidir. Arif bu elin oğludur və rayonun dərdi, problemləri, insanların qayğıları ona daha doğmadır. Onun Sarıxanlıkəndində öz vəsaitilə necə bir məscid tikdiriyini, hətta vəsait çatmayanda yaşadığı mənzili satdığını biz bilirik. Bizə el qədrini bilən belə deputat lazımdır”.Seçicilərlə görüşdə öz platformasını qısaca açıqlayan namizəd A.Ləzimzadə bildirmişdir ki,elektoratın , xüsusilə yaşlı insanların maddi rifahının daha yüksək təminatı ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etmək, gənclərin kəndlərdən, rayon mərkəzindən şəhərə, Rusiyanın ucqarlarına axınının qarşısını almaq üçün yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarları maraqlandıran layihələrin işlənib hazılanması, kəndlərə investisiya cəlb edilməsi istiqamətində qəti addımlar atmağı qərarlaşdırmışdır.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

A.Ləzimzadə gördüyü problemlərə də toxunaraq bildirmişdir ki, dövlət başçısının strateji layihələri əsasında ölkədə yol infrastrukturu tamamilə yenidən qurulub. Əksər rayonlarda Dövlət başçısının ayırdığı vəsaitlə kəndarası yollar artıq beynəxlaq standartlar səviyyəsində qurulur. Amma İmişlinin kənd və qəsəbələr arası yolları bərbad gündədir. İnsanlar kəndlərdən rayon mərkəzinə gəlmək üçün çox ciddi problemlər yaşayırlar.Kənd əhalisinin həm içməli, həm də suvarma su cəhətdən çox ciddi problemlər yaşayır. Xüsusilə yay dövründə  kənd yerlərində əkin sahələrini suvarmaq müşkülə çevrilib. Ölkədə bu qədər sürətli quruculuq və abadlıq işlərinin getdiyi bir zamanda  İmişlidə, Beyləqanda kəndli öz təsərrüfatını sulamaq və ya sadə insanlar öz evlərində işlətmək üçün suya həsrətdirlərsə demək bu bölgədə heç də hər şey yerində deyil. 
A.Ləzimzadə seçicilərin ona etimad göstərəcəkləri təqdirdə qeyd edilən problemləri ən yüksək dövlət qurumlarınınqaldıracağını bildirmişdir: “Sizi əmin edirəm ki, bu problemləri vaxtında həll etmək üçün ölkənin imkanları, dövlət başçısının qətiyyəti, iradəsi və ciddi marağı var, sadəcə bu məsələlər vaxtında lazımi orqanlara çatdırılmır”.
Səmimi və diskussiya şəraitində keçən görüşlərdə bəzi seçicilər seçkilərin demokratik keçiriləcəyinə inanmadıqlarını da açıq bildirmişlər. Buna cavab olaraq namizəd Arif Ləzimzadə bildirmişdir ki, demokratik cəmiyyətlərdə vətəndaşlar hakimiyyətə  onu seçmək və ya seçməməklə təsir göstrirlər:
“Fevralın 9-da sadə insanların, yəni xalqın  demokratik Azərbaycanın siyasi həyatında real iştirakına növbəti imkan yaranır. Həmin gün siz hakimiyyətin mühüm qollarından biri olan Milli Məclisə seçkilədə iştirak edəcəksiniz. Bu imkan hər ay, hər il verilmir. Ona görə dəfevralın 9-da səsvermədən imtina edib, qapınızı örtüb, seçim azadlığınızı məhkum etməyin.Gəlin, səs verin və öz namizədinizi seçin!”P.S. Yeri gəlmişkən onu da bildirək ki, bitərəf namizəd kimi seçkilərdə iştirak edən Arif Ləzimzadə seçki təşviqat kampaniyası başlayandan onu dəstəkləyən Beyləqan və İmişli sakinlərinin sayı durmadan artır. Çox yəqin elə bunun nəticəsidir ki,WWW.BAKUPOST.AZ saytında ictimaiyyətin diqqətini seçki prosesinə cəlb etmək üçünkeçirilən,tanıtım xarakterli online səsvermədə də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Ləzimzadə Arif 3 gündən artıqdır ki, səs çoxluğu ilə birincidir. 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dövlət Komitəsi Gəncədə məktəbli qızın itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb

Next Post

Sabah Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Sabah Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək

Sabah Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək

Nərmin Quliyevanı qətlə yetirən şəxsə qarşı yeni ittiham irəli sürülüb

Nərmin Quliyevanı qətlə yetirən şəxsə qarşı yeni ittiham irəli sürülüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.