"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Türkiyədə zəlzələ nəticəsində ölənləri sayı 20-yə çatıb, 1015 nəfər yaralanıb – VİDEO

25 Yanvar 2020 - 10:00
in DÜNYA

Türkiyənin Elazığ, Malatya, Diyarbakır, Adıyaman, Batman, Kahramanmaraş və Şanlıurfa şəhərlərində baş verən zəlzələ nəticəsində ölənlərin və yaralıların sayı artıb.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə çatıb.
Hadisə nəticəsində 1015 nəfər yaralanıb. 
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca, Ətraf mühit və Şəhərsalma naziri Murat Kurum Elazığa gediblər. 
*** 
Türkiyənin Elazığ və Malatya şəhərində baş verən güclü zəlzələ nəticəsində dünyasını dəyişənlərin sayı 19 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə “Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Qeyd olunub ki, yeraltı təkanlar nəticəsində 772 (Malatya – 221, Elazığ – 551) nəfər xəsarət alıb.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, fəlakət bölgəsində Türkiyənin 28 əyalətindən 493 xilasedici qrup cəlb edilib.
Zəlzələ bölgəsinə 1.689 çadır, 1.656 çarpayı və 9.200 ədyal çatdırılıb. Mobil operatorlar Elazığ və Malatyada pulsuz fəaliyyət göstərir.
***
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. 
O, qeyd edib ki, təbii fəlakət nəticəsində 553 nəfər xəsarət alıb. Nazir bildirib ki, Elazığda 13 nəfər, Malatyada isə 5 nəfər dünyasını dəyişib.
Ərazidə yeddi günlük fasiləsiz axtarış-xilasetmə işləri elan olunub.
***
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Malatyada 6, Elazığda isə 8 nəfər dünyasını dəyişib. 
***
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Malatyada ölənlərin sayı beş nəfərə çatıb.
“Report” xəbər verir ki, bunu şəhərin qubernatoru Aydun Barış bəyan edib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 90 nəfər xəsarət alıb.
Bununla da Malatya və Elazığda ölənlərin sayı 8 nəfərə çatıb, xəsarət alanların sayı isə 300-ü ötüb. 
Bundan öncə, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişmişdi. 
***
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 225 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. 
Qeyd olunub ki, Malatyada üç, Elazığda isə üç nəfər dünyasını dəyişib. 
Yaralılardan ikisinin vəziyyəti ağırdır. 
***
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində dörd nəfər həyatını itirib, 84 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. O, qeyd edib ki, Malatyada iki, Elazığda iki nəfər ölüb.
Onun sözlərinə görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb:
“Həmin binada yaşayış olub. Xilasedicilər hadisə yerinə cəlb edilib. Dağıntı altında qalan insanları çıxarmağa çalışırlar. Bir nəfər sağ olaraq dağıntılar altından çıxarılıb. Ümid edirəm ki, çox itkimiz olmaz”.
Eyni zamanda zəlzələdən zərər görmüş yaşayış binalarının birində qaz sızıntısı səbəbindən partlayış olub. Partlayışdan sonra binada yanğın baş verib. Partlayış nəticəsində xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.
***
Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində 4-5 binada dağıntı olub.
“Report” xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib. Onun sözlərinə görə, dağıntılar nəticəsində iki nəfər yaralanıb.
Zəlzələ ilə bağlı açıqlama verən Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Mehmet Güllüoğlu isə bildirib ki, hazırda dağıntıların olub-olmaması ilə bağlı araşdırma aparılır: “Əməkdaşlarımız hadisə yerindədir”-deyə, o bildirib.
Eyni zamanda Sivrice rayon bələdiyyəsinin sədri Turay Gündoğan bildirib ki, baş vermiş zəlzələ nəticəsində tələfat qeydə alınmayıb.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Məktəblərdə qış tətili başlayıb

Next Post

Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Türkiyədə zəlzələdə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

Ağdərəyə 30 sm qar yağıb, şaxta olub – FAKTİKİ HAVA

Ağdərəyə 30 sm qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.